“Sumqayıt Şəhər” Əlincədə hazırlaşır
28.10.2011 - 17:41
“Sumqayıt Şəhər” Əlincədə hazırlaşır
“Sumqayıt Şəhər” Premyer Liqanın XI turu çərçivəsində AZAL-la oyuna hazırlığı davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda güclü yağış səbəbindən son məşqini Masazır qəsəbəsindəki Əlincə stadionunda keçirib.

Zədəli futbolçular Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov hələ də komanda ilə birlikdə məşq edə bilmir. Aleksandr Qross isə zədəsini sağaldaraq məşqlərə başlayıb. Onun AZAL-la oyunda iştirakı gözlənilir. 3 futbolçu– Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov isə Xorvatiyada Avropa çempionatının seçmə mərhələsində iştirak edən 17 yaşlılardan ibarət yığmamızın düşərgəsində yer alıb.

Qeyd edək ki, “Sumqayıt Şəhər” – AZAL oyunu oktyabrın 30-da Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək.