Azərbaycanlı futbolçu Yunanıstana aparılacaq
28.10.2011 - 18:19
Azərbaycanlı futbolçu Yunanıstana aparılacaq
Moskva “Dinamo”sunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya yığmasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Avro-2012-in seçmə mərhələsinin son oyunlarının ardından Yunanıstan yığması ilə noyabrın 11-də səfərdə keçiriləcək yoldaşlıq görüşünə də çağırılıb. Pirey şəhərində keçiriləcək oyun Bakı vaxtilə saat 00:30-da başlayacaq.

Rusiya yığmasının baş məşqçisi Dik Advokatın millimizin maraq dairəsində olan Səmədovu rəsmi matçlarda oynadıb, əlimizdən birdəfəlik alandan sonra çağırıb-çağırmayacağı maraq doğururdu. Hollandiyalı mütəxəssisin soydaşımıza yenə dəvət göndərməyi rusların diqqətini çəkib.

Qeyd edək ki, Aleksandr Slovakiya ilə səfərdə və Andorra ilə evdəki rəsmi oyunların hər ikisində sonradan meydana çıxdı.