Mirça Rednik yağışdan şikayətləndi
28.10.2011 - 19:32
Mirça Rednik yağışdan şikayətləndi
“Fikrimcə, “Xəzər Lənkəran” bu gün ev oyunlarının ən yaxşısını keçirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis Premyer Liqanın XI turunun “Kəpəz”lə görüşündəki 1:0 hesablı qələbə haqda fikirlərini bildirib: “Kəpəz” çox intizamlı komandadır. Yaxşı oyun izlədik, sadəcə meydanın vəziyyəti daha da gözəl oyun göstərməyə imkan vermədi. Şiddətli yağış yağırdı, buna baxmayaraq, qalib gəldik, 3 xal qazandıq”.