FAZ: Berti Foqts Azərbaycan yığmasından ayrılır
28.10.2011 - 23:00
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AFFA ilə müqavilənin müddətini uzatmayacaq. Apasport.az saytının Almaniyanın FAZ qəzetinə istinadən xəbərinə görə, Albaniya ilə noyabrın 11-də keçiriləcək yoldaşlıq görüşü Foqtsun millimizdə sonuncu oyunu olacaq.
FAZ iddia edir ki, Foqtsun yığmamızda qalmaq istəməməyinə səbəb alman klublarının birindən aldığı təklifdir: “Foqts Azərbaycanda çalışdığı dönəmdə yerli klubların baş məşqçiləri onun tələblərinə əhəmiyyət vermədilər. Çünki Foqts klublarda legionerlərin çox olmasını istəmirdi”.
Qəzetin yazdığına görə, bu məsələyə noyabrda son qoyulacaq: “Foqts Tiranada AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək. Ola bilsin həmin görüşdə tərəflər razılığa gəlsin. Amma çox güman ki, Foqts Albaniya ilə görüşdən sonra rəsmən postundan gedəcəyini açıqladı”.
FAZ, həmçinin qeyd edib ki, veteran çalışdırıcıya digər komandalardan da təklif var: “Yəqin ki, Foqts yaxın günlərdə Türkiyə millisinin “sükanı arxası”nda Quus Hiddinki əvəzlədi”.

0
0