Qəbələdə sensasiya, “Neftçi” 2-ci pilləyə qayıtdı - YENİLƏNİB
29.10.2011 - 15:54
Qəbələdə sensasiya, “Neftçi” 2-ci pilləyə qayıtdı - YENİLƏNİB
Bu gün Premyer Liqada XI turun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, turun sensasiyası Qəbələdə baş verdi. Autsayder “Simurq” mükafatlar uğrunda mübarizə aparan “Qəbələ”ni onun meydanında yenməyi bacardı. Nəticədə Toni Adamsın çalışdırdığı komanda vacib 3 xal itirdi. Qəbələlilər müdafiə xəttində buraxdıqları səhvlərin acısını çəkdi və qonaqların təcrübəli legionerləri bundan maksimum yararlandı. Bu qələbə “Simurq”un turnir cədvəlində birdən-birə 2 pillə irəliləməyi ilə nəticələndi. Düzdür, onun arxada qoyduğu AZAL 1 oyun az keçirib və sabah səfərdə “Sumqayıt Şəhər”ə qalib gələrsə, yenidən Zaqatala təmsilçisini arxada qoyacaq.

“Turan” isə oyununu bu gün keçirdiyindən, ən azı 1 həftəlik “Simurq”dan arxada qalacaq. Halbuki tovuzlular da səfər oyununda sensasiyaya imza atmağa çox yaxın idilər. Komandanın “Neftçi” ilə səfər oyunu gərgin mübarizə şəraitində keçdi. Meydan sahibləri hələ ilk hissədə qol vurmaq üçün real imkan qazansa da, braziliyalı yarımmüdafiəçi Flavinyo penalti zərbəsindən sonra topu qapının üstündən vurdu. “Neftçi” qələbə topunu vurana kimi 2 qol vursa da, bunlar hesaba alınmadı. Bu, Cavid Hüseynov ofsayyda olduğuna, Bahodir Nasimov isə topu əllə qapıdan keçirdiyinə görə idi. Hər halda, Bahodir son dəqiqədə künc zərbəsindən sonra “Turan”ın qapısı ağzında yaranan qarışıqlıqdan istifadə edərək, qol istəyini reallaşdırdı. Bununla da Özbəkistan milli komandasının hücumçusu “Neftçi”ni yenidən turnir cədvəlində 2-ci pillədə yer almağına imkan yaratdı.

29 oktyabr

"QƏBƏLƏ" - "SİMURQ" - 0:2
QOLLAR: Yevgeni Şmakov, 41, Robertas Poşkus, 59
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Yaşar Abbasov, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionu
Qəbələdəki oyunların balansı: 3 oyun: +4=1-1 (11-3)
2006/07 – 1:2, 2007/08 – 1:0, 2008/09 – 0:0, 2009/10 – 2:1 (təsnifat), 2010/11 – 4:0 (təsnifat), 3:0 (“altılıq”)

"NEFTÇİ" - "TURAN" - 1:0
QOL: Bahodir Nasimov, 90
41-ci dəqiqədə Flavinyo penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib (yan)
Hakimlər: Ceyhun Haşımov, Azər Əsgərov, Ramiz Əsədov, Hacıəli Ağayev
Bakı. "Dalğa Arena" stadionu
Bakıdakı oyunların balansı: 19 oyun: +13=5-1 (topların fərqi 41-14)
1992 – 1:1, 1993 – 0:0, 1993/94 – 1:0, 1994/95 – 2:1, 1995/96 – 3:1 (təsnifat), 2:1 (“altılıq”), 1996/97 – 2:0, 1997/98 – 3:0, 1998/99 – 1:1 (təsnifat), 1999/00 – 1:1, 2000/01 – 5:1, 2003/04 – 6:1, 2004/05 – 2:1, 2005/06 – 1:0, 2006/07 – 4:2, 2007/08 – 1:2, 2008/09 – 1:1, 2009/10 – 2:0 (təsnifat), 2010/11 – 2:0 (təsnifat)

 KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1182117-726
2Neftçi1171316-922
3Qarabağ1162315-1020
4İnter105328-618
5Bakı1144312-1016
6Qəbələ1143412-1315
7Rəvan1034313-1313
8Kəpəz1133515-1712
9Simurq113259-1211
10Turan113178-1410
11AZAL1024411-1410
12Sumqayıt Şəhər100373-143