“Volqa”nın sabiq prezidenti Vaqif Cavadovun mövqeyinə qiymət verdi
29.10.2011 - 12:39
Rusiyanın “Volqa” klubunun sabiq prezidenti Aleksey Qoyxman azərbaycanlı futbolçu Vaqif Cavadovun yer aldığı hücum xəttinə qiymət verib. Apasport.az saytının məlumatına görə, Qoyxman turnir cədvəlinin sonlarında yer alan Nijni-Novqorod təmsilçisinin uğursuz çıxışına ön xətdə problemlərin böyük təsir etdiyini bildirib. Maraqlıdır ki, Vaqif məhz bu prezidentin vaxtında bu yay “Volqa”ya böyük ümidlərlə transfer edilib. Ancaq hələ də komandanın əsas heyətində möhkəmlənə bilməyən, daha çox sonradan meydana çıxan 22 yaşlı hücumçumuz qol hesabını da aça bilməyib.
“Volqa” gürcü hücumçusu Otar Martsvaladzenin gedişindən sonra hücum xəttində boşluğu doldurmaq üçün Cavadovu transfer etdi: “Əlbəttə, “Volqa” arabir müasir futbol nümayiş etdirir. Ancaq bununla belə, hücum xəttində böyük problemlər var. Martsvaladzenin gedişindən heç kim bu problemi həll edə bilmir. Klubda olduğum son gündə komandada gözəl atmosfer, yüksək ab-hava vardı. Mən gedəndən sonra nə baş verdi, bu futbolçular niyə oynamır, bunlara cavab verə bilmərəm. Ümumiyyətlə, cari mövsümdə klubda baş verən hər şeyə tam olmasa da, mən də məsuliyyətliyəm. Baş məşqçimiz Dmitri Çerışevdə hər şeyin alınmadığı birmənalıdır. Ona təcrübə çatmır. Ola bilər ki, yanında yaxşı məsləhət verə bilən təcrübəli köməkçisi yoxdur. Çerışevin niyə mənim kimi klubdan getmədiyini bilmirəm. Bu, ona aid sualdır. Mən də hesab edirdim ki, Çerışev mənimlə klubu tərk etməli idi”.
Qeyd edək ki, Vaqif millimizin düşərgəsini özbaşına tərk etdiyinə görə AFFA-nın İntizam Komitəsinin 1 illik cəzasına məruz qalıb.

0
0