Premyer Liqanın liderinin baş məşqçisinə 6 milyonluq təklif
29.10.2011 - 14:26
Premyer Liqanın liderinin baş məşqçisinə 6 milyonluq təklif
“Mançester Siti” klubu italiyalı baş məşqçisi Roberto Mançiniyə yeni təklif irəli sürüb. Apasport.az saytının məlumatına görə, Mançester təmsilçisi artıq indidən çalışdırıcı ilə müqaviləni uzatmaq niyyətindədir. Bu, daha 4 illik nəzərdə tutulub. Özü də Mançini yeni müqaviləyə görə indikindən demək olar 2 dəfə çox qazanacaq. Yəni onun illik məvacibi 3,5 milyon funt sterlinqdən 6 milyona artırılacaq.

Klub rəhbərliyinin italiyalı mütəxəssisə belə etimad göstərməyi cari mövsümdə işindən çox razı olmağı ilə bağlıdır. Belə ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında vahid lider, uduzmayan yeganə komandadır. Komandanın eyni zamanda mübarizə apardığı Çempionlar Liqasının pley-off mərhələsinə çıxmağa yaxşı şansı var.