Amit və komandası zirvədə qaldı
30.10.2011 - 11:15
Amit və komandası zirvədə qaldı
Türkiyə çempionatının aşağı dəstəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bank Asiya I liqada IX turun qarşılaşmaları baş tutub.

Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” səfərdə “Boluspor”la görüşüb. Erkən qol buraxan Kayseri təmsilçisi hesabı bərabərləşdirməyə və uzatma dəqiqələrində qələbə qolunu vurmağa nail olub – 2:1. Start heyətində yer alan Quluzadə 90+2-ci dəqiqdəki qoldan sonra sarı vərəqə ilə cəzalanıb, ardından isə əvəzlənib.

Qeyd edək ki, 9 turdan sonra hesabında 19 xal olan “Ərciyəsspor” zirvədəki yerini qoruya bilib.