Azərbaycanlı futbolçu Türkiyədə “4” aldı
30.10.2011 - 12:40
Azərbaycanlı futbolçu Türkiyədə “4” aldı
Türkiyə çempionatının Bank Asiya I Liqasının IX turunda keçirilən “Boluspor” – “Ərciyəsspor” matçının qiymətləri məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə yenə qarşılaşmanın ən zəiflərindən olub.

Start heyətində meydana çıxıb uzatma dəqiqələrində əvəzlənən 18 yaşlı yarımmüdafiəçinin oyunu Türkiyə mətbuatından 4 balla qiymətləndirilib. Bu isə, “Ərciyəsspor”un heyətində ən aşağı qiymətdir. 2:1 hesabı ilə qalib gələn kayserililərin Amitlə yanaşı bir neçə digər oyunçusu da belə aşağı qiymət alıb.