“Turan”da səfər sindromu
30.10.2011 - 14:00
Tovuzun “Turan” klubu səfər sindromundan qurtula bilmir. Apasport.az saytının məlumatına görə, Əsgər Abdullayevin yetirmələri Premyer Liqanın I dövrəsində səfərdə xal qazana bilməyən yeganə komanda oldu. XI turun “Neftçi” ilə Bakıdakı qarşılaşmasında alınan 0:1 hesablı yenilgi cari mövsümdə 5-ci səfər matçı idi. Lakin tovuzlular bu qarşılaşmalarda xala həsrət qalıb.
Əyalət təmsilçisi ötən mövsümü də belə uğursuz bitirmişdi. Qərblilər 2010/11 mövsümündə 2-ci altılığın 5 səfər matçından yalnız 1-də qalib gəlib, 4-də uduzmuşdu. Özü də əvvəl qələbə, sonra ardıcıl məğlubiyyətlər qeydə alınmışdı. Bu isə o deməkdir ki, “Turan” ardıcıl 9 matçdır səfərdən xalsız qayıdır. Son uğurlu oyun isə aprelin 3-də Zaqatalada baş tutub. “Simurq” üzərindəki 1:0 hesablı qələbəsən sonra tovuzlulara artıq 210 gün, yəni 30 həftədir rəqib meydanlarından başıaşağı dönür.

0
0