Sumqayıtda həsrət bitdi: “Energetik”dən AZAL-a qədər olan 226 gün
30.10.2011 - 17:32
Premyer Liqanın XI turu “Sumqayıt Şəhər” üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Bernhard Raabın yetirmələri tarixlərində ilk dəfə güclülər dəstəsi oyununda qələbə qazanıblar.
2011/12 mövsümündə yeganə qələbəsini Azərbaycan kubokunda bayram edən “Gənclik şəhəri” təmsilçisi son çempionat sevincini I divizionda yaşamışdı. Bu, ötən mövsüm mayın 15-də keçirilən “MKT-Araz”la qarşılaşmada baş verib – 3:1. Həmin görüşdən sonra sumqayıtlılar 168 gün idi çempionatda qalib gəlmirdi
Lakin həm “MKT-Araz”la I divizionda, hm də bu mövsüm ölkə kubokunda əldə olunan qələbələr səfərdə əldə olunmuşdu. AZAL-ı 2:1 hesabı ilə yenən “Sumqayıt Şəhər” doğma azarkeşləri önündə daha izin həsrət yaşayıb. Onlar axırıncı dəfə martın 18-də I divizionun “Energetik”lə oyununda qonaqları məğlub etmişdi. Bu, 1:0 hesablı qələbə 226 gün əvvəl qeydə alınıb.
Qeyd edək ki, “Sumqayıt Şəhər” ötən mövsümdə “Sumqayıt” adını daşıyırdı.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0