Kaxaber Sxadadze: Hücumçularıma iradım var
30.10.2011 - 19:18
Kaxaber Sxadadze: Hücumçularıma iradım var
“Bütün oyun boyu nəzarət bizim əlimizdə idi. Çoxlu qol imkanlarımız olsa da, əksəriyyətindən yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Premyer Liqanın I dövrəsinin “Rəvan”la son oyunu (2:1) haqda fikirlərini açıqlayıb: “Hücumçularıma iradım var. Oyunun sonlarında meydanın mərkəzində təşəbbüsü əldən verdik. “Rəvan” komandası yüksəlişdədir. Dörd tur idi ki, uduzmurdular. Rəqibimizin güclü hücum potensialı var. Əsas məqsədimiz üç xal qazanmaq idi, ona da nail olduq”.