Ukraynalı klub rəsmisi: ”Qəbələ” ilə “Şaxtyor”u birləşdirən ortaq dəyərlər var
31.10.2011 - 00:03
Ukraynanın “Şaxtyor” klubunun strategiya və marketinq direktoru Cozef Palmer “Qəbələ”nin internet səhifəsinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, Qəbələ təmsilçisinin qonağı olan mütəxəssis Azərbaycanda gördüklərindən məmnun qaldığını açıqlayıb.
- “Qəbələ” klubu, komandamızın bazası, akademiyası və məşqçilərlə görüşdünüz. Təəssüratlarınızı bilmək maraqlı olardı.
- Burda gördüklərimiz doğrudan da ən yaxşı sözlərə layiqdir. Klub nümayəndələriniz Donetskdə qonaq olarkən, burada görülən işlər haqqında bizə danışmışdılar. Amma indi burada aparılan quruculuq işləri öz gözlərimizlə gördük. Düzünü desəm, burada belə gözəl meydançaları görə biləcəyimə inanmırdım. Ən əsası da budur ki, komanda üçün infrastrukturun yaradılması işi sürətlə davam etdirilir. Biz “Qəbələ” futbol klubu üçün inşa ediləcək idman qurğusunun planı ilə də tanış olmuşuq. Əgər bu şəkildə davam etsəniz, “Qəbələ”ni həqiqətən Azərbaycanda ən yaxşı kluba çevirə bilərsiniz. Bütün bunlara görə, klubun rəhbərliyinə təbrik edirik. Əmin ola bilərsiniz, bu işlərin ardınca uğurlar da gələcək.
- “Saxtyor”la “Qəbələ” arasında hansı sahələrdə əməkdaşlıq mümkündür?
- Təbii ki, Qəbələyə yalnız gəzməyə gəlməmişik. Klub rəhbərləri ilə görüşlərimiz oldu. Müəyyən sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim sahib olduğumuz və inkişafımıza imkan yaradan hansı dəyərlər varsa, hamısını “Qəbələ” ilə paylaşmağa hazırıq. Ukrayna və Azərbaycan yaxın və dost ölkələrdir. Hər iki ölkəni, “Qəbələ” ilə “Şaxtyor”ru birləşdirən ortaq dəyərlər var. Bu dəyərlərdən çıxış edərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Bu komanda ilə hansısa formada əməkdaşlıq etmək fikrimiz var. “Qəbələ” klubu, buranın infrastrukturu və imkanlarl ilə tanış olduq. Bunların davamı mütləq olacaq.
- “Şaxtyor” Avropanın ən öncül klublarındandır. “Qəbələ”nin də inkişaf edərək, Avropa səviyyəli komandaya çevrilməsi üçün nələri tövsiyə edərdiniz?
- Əslində, mənim tövsiyə edə biləcəklərimi burada artıq eləməyə başlayıblar. Davamlı olaraq, standartları yüksəltmək, sadəcə meydançalar deyil, meydançadan kənardakı işlərdə də yüksək standartlar əldə edilməsinə nail olmaqdır. Xüsusən, marketinq sahəsində. Məsələn, sizin “Hyundai”yla sponsorluq yaxşı mənada yenilik olduğu qədər də, standartları artıran bir addımdır. Bu cür addımları davam və inkişaf etdirməyinizi məsləhət görürəm. Mən burda gördüklərim əsasında deyə bilərəm ki, siz düzgün yoldasınız.

0
0