Bahodir Nasimov üçün düşərli məkan
31.10.2011 - 09:50
“Neftçi”nin futbolçusu Bahodir Nasimov üçün “Dalğa Arena” stadionu düşərli məkana çevrilib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı özbək hücumçu Mərdəkan qəsəbəsində yeni açılan arenada keçirdiyi hər 2 oyunda qol vurub. Bu, “Neftçi”nin cari mövsümdə ilk və son oyununda reallaşıb. Maraqlıdır ki, Bahodir həm “Rəvan”la, həm də “Turan”la görüşdə vurduğu qol matçda yeganə olub və qalibi müəyyənləşdirib. Fərq ondadır ki, debütantla görüşdə Nasimovun komandası qonaq olubsa, Tovuz klubu ilə matçda nominal meydan sahibi idi. Əslində Özbəkistan yığmasının hücumçusu “Turan”la oyunda daha öncə fərqlənsə da, bu zaman əllə oynadığından qol sonda hesaba alınmadı. Hər halda, Bahodir qaydalar çərçivəsində qol vura bildi və bunu 90-cı dəqiqədə etməklə, qələbəni qopardı.
Qeyd edək ki, ötən mövsüm uzun müddət bombardirlər siyahısında lider olan, sonda “Qarabağ”a gürcü hücumçusu Georgi Adamiyaya (18 qol) uduzan Nasimov (15 qol) cari Premyer Liqamızda 3 qol vurub. O, II turda “Sumqayıt Şəhər”lə ev oyununda da fərqlənərək, Tofiq Bəhramov adına Respublika stadionunda böyük hesablı qələbədə (4:0) pay sahibi oldu.Bahodir son turda fərqlənməklə, 70 gündən sonra qol vurdu.

0
0