Berti Foqts: AFFA tərəfindən mənə heç bir təzyiq yoxdur
31.10.2011 - 11:53
“Mənə sual verirsiniz, bu, sizin işiniz üçün normal haldır. Lakin hər şey sizin istəyinizlə deyil axı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
65 yaşlı mütəxəssis Almaniya mətbuatına verdiyi açıqlamada yığmamızdakı taleyinə aydınlıq gələcəyi tarixi açıqlayıb: “Məndə belə xasiyyət var ki, publikaya dəqiq olmayam şeyi demirəm. Mənim Azərbaycan yığması ilə müqaviləm ilin sonunda bitir. Sonrasına isə baxarıq. Noyabrın sonu, dekabrın əvvəllərində onlarla danışıqlara başlayacağam. AFFA tərəfindən mənə heç bir təzyiq yoxdur. Onlar mənə qarşı həmişə ədalətli və ləyaqətli davranıblar”.
Qeyd edək ki, Almaniyanın FAZ qəzeti bu ilin sonunda müqaviləsi başa çatacaq Foqtsun yığmamızdan ayrılacağını iddia edib.

0
0