Elxan Abdullayev: Belə şəraitdə necə işləyim, gedəcəyəm
31.10.2011 - 12:48
“Mən istefa verməmişəm. Versəydim, bunu “Sumqayıt Şəhər”lə oyundan sonra keçirilən mətbuat konfransında edərdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Elxan Abdullayev deyib. Mövsümlərarası fasilədə “təyyarəçilər”in sükanı arxasına gətirilən 41 yaşlı çalışdırıcı Avroliqada “Minsk”ə məğlubiyyətdən sonra istefa verən Nazim Süleymanov əvəzlədi. AZAL Abdullayevin rəhbərliyi altında mövsümə yaxşı başlasa da, sonradan uğursuzluq zolağına düşdü. Artıq 7 turdur qalib gələ bilməyən komanda ilk dövrəni üzücü məğlubiyyətlə bitirdi. Belə ki, debütant “Sumqayıt Şəhər” ilk qələbəsini (2:1) AZAL üzərində qazandı. Nəticədə mükafatlar uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyan “təyyarəçilər” ilk dövrəni 11-ci pillədə bitirdi.
Abdullayev son vaxtlar istefası ilə bağlı deyilənlərdən təngə gəlib. Çalışdırıcının sözlərinə görə, az qalan onunla salamlaşan hər şəxs ilk növbədə vəzifəsində qalıb-qalmayacağını soruşur: “Məni istəmirlərsə, çıxıb getməyə hazıram. Mən bu vəzifədən ikiəlli yapışmamışam. Çox güman ki, gedəcəyəm. Belə şəraitdə necə işləyim? AZAL-ın belə rəhbərliyi, himayədarları var, ancaq komanda bunun qarşılığını vermir, artıq 7 oyundur qalib gələ bilmir. Mən neçə illərdir yığdığım imici aşağı sala bilmərəm. Bura başqa niyyətlərlə gəlmişdim. Ancaq belə çıxışı heç gözləmirdim. Əgər biz “Sumqayıt Şəhər”ə də uduzuruqsa, onda qalıb, işləməyin nə mənası var ki? Ondansa getmək daha düzgün addımdır. “Sumqayıt Şəhər”ə məğlubiyyət son nöqtə oldu. Artıq səbir kasam daşıb. Belə vəziyyətdə işləmək olmaz, getmək lazımdır”.
AZAL ilk dövrədə qazandığı hər 2 qələbə diqqəti çəkən oldu. Komanda startda “Simurq”u səfərdə böyük hesabla məğlub etdi (3:0) və Zaqatala təmsilçisi bundan sonra böyük hesabla uduzmayıb. Abdullayevin komandası son çempion “Neftçi”yə də qalib gəlməyi bacardı – 3:1: “Necə ola bilər ki, “Neftçi”ni udan komanda bundan sonra qələbə qazana bilməsin? Hətta ən pis gündə olan komanda 7 oyunda 1 qələbə qazanar. Ancaq AZAL buna nail ola bilmədi, hətta son pillədə gedən komandaya da uduzdu. Mən məşqçilik həyatımda hələ belə şey görməmişdim”.
Belə çıxır ki, komandanın potensialı var, sadəcə, baş məşqçini istəmədikləri və ya problemlərə görə potensialından aşağı çıxış edir? Baş məşqçinin buna münasibəti belə oldu: “Hər şey ola bilər. Mən komanda ilə neçə dəfə iclas keçirmişəm və hər dəfə demişəm ki, komandanı 1 nəfərə görə qurban vermək olmaz. Əgər məni baş məşqçi postunda görmək istəmirlərsə, elə indi getməyə hazıram. “Neftçi”yə qalib gələn komanda niyə görə oynamasın? Bəlkə mənim tələblərim başqalarına, futbolçulara sərf etmir? Mən həmişə nizam-intizam sevənəm. Hər halda, vaxt göstərəcək ki, bunlar niyə belə olub”.
Abdullayev klubun himayədarlarından olan Zaur Axundovla bugünkü görüşündə istefa ərizəsini təqdim etmək fikrindədir. Onun sözlərinə görə, 3 dəfə vəzifəsindən getmək istəsə də, qoymayıblar. Ancaq gənc çalışdırıcı bu dəfə gedişini reallaşdırmağı düşünür: “Mənim klubla mövsümün sonuna kimi müqaviləm var. Özbaşına gedə bilmərəm. Hər dəfə uğursuzluq olanda getmək istəsəm də, məni saxlayıblar”.
Mehman SÜLEYMANOV

0
0