Premyer Liqa: 1 ildə nə dəyişib? - STATİSTİKA
31.10.2011 - 13:57
Premyer Liqa: 1 ildə nə dəyişib? - STATİSTİKA
Premyer Liqada I dövrəyə yekun vuruldu. Ötən il olduğu kimi, təsnifat mərhələsindəki mübarizənin ilk hissəsi yenə oktyabrın sonuna təsadüf etdi. Apasport.az saytının məlumatına görə, 2 fərqli mövsüm bəzi oxşar məqamlarla diqqət çəkir.

2010/11 və 2011/12 mövsümlərinin I dövrələrinin ilk oxşarlığı elə oktyabrın sonu ilə bağlıdır. Ötən mövsüm mərhələ oktyabrın 31-də, bu dəfə isə 1 gün tez – oktyabrın 30-da yarılanıb. 364 gün ərzində dəyişənlər isə çox azdır.

Turnir cədvəlinin ilk 2 pilləsinə baxdıqda, yenə eyni adlar diqqət çəkir: “Xəzər Lənkəran” və “Neftçi”. Komandalar zirvədə öz yerlərini dəyişsə də, yenə hamıdan öndə qərarlaşıblar. 364 gün əvvəl olduğu kimi, yenə liderin 26 xalı var. Lakin “Neftçi”nin ötən ilki üstünlüyündən fərqli, “Xəzər Lənkəran” izləyicisini 2 yox, 4 xal qabaqlayır. Ötən il lider daha çox qol vurub, daha az buraxmışdısa, izləyicisindən çox uzaqlaşmamışdı.

2 lideri izləyən “İnter” yenə öz ampluasında – 3-cü yerdədir. Bu dəfə liderdən daha çox 5 xal geri qalan bakılılar kimi “Qəbələ”də 6-cı mövqeyində qalıb. Toni Adamsın yetirmələri yenə də 15 xala malikdir. Cəmi 1 pillə irəliləyən “Qarabağ” yenə ilk “altılığ”ın 2-ci yarısında yer alıb.

Turnir cədvəlinin 2-ci “altılığı”nda da demək olar ki, eyni adlar var. “Kəpəz”, əvvəlki “Gəncə” yenə ikincilər arasında ən yaxşılardan biridir. “Turan” 10-cu yeri özü üçün doğmalaşdırıb. MOİK-in autsayder mövqeyini isə Premyer Liqada onları əvəzləyən debütant “Sumqayıt Şəhər” özəlləşdirib. Elə “Muğan”ı əvəzləyən “Rəvan” da təxminən oxşar durumdadır.

Ötən illə müqayisədə turnir cədvəlində mövqeyi nəzərəçarpacaq şəkildə dəyişən 3 klub var. “Simurq” 5, “Bakı” 4 xal artıma nail olmaqla, irəliləməyi bacarıb. Zaqatalalılar turnir cədvəlində cəmi 2, paytaxt futbolçuları isə 3 addım irəli gedilər.

Ən kəskin fərq isə AZAL-la bağlıdır. “Təyyarəçilər” 364 gündə göydən yerə eniblər. 4-cü pillədən 7 mərtəbə aşağı yuvarlanan bakılılar xal sayında 2 qatdan da artıq zəifləyib. Elxan Abdullayevin yetirmələri Nazim Süleymanovun baş məşqçiliyi dövründə yığılan xalın (21) heç yarısına da sevinməyib – 10 xal.

AZAL-la yanaşı, çempionatın bombardirinin də göstəricisi kifayət qədər aşağı düşüb. 364 gün əvvəl zirvədə olan Bahodir Nasimovun hesabında 12 qol var idi. İndi isə ən yaxşı olan Sergey Artyux bundan 2,4 dəfə az - 5 qolla hamıdan öndədir.

2010/11 mövsümü

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 1182125-626
2 Xəzər Lənkəran 1173113-524
3 İnter 117139-822
4 AZAL 1163216-621
5 Qarabağ 1153312-718
6 Qəbələ 114348-715
7 Gəncə 1136217-1515
8 Bakı 1133512-1512
9 Muğan 112456-1110
10 Turan 111469-177
11 Simurq 111379-196
12 MOİK 111194-244


Bombardir: Bahodir Nasimov (Neftçi) – 12.

2011/12 mövsümü

 Komanda O Q H M Qollar Xallar
1Xəzər Lənkəran1182117-726
2Neftçi1171316-922
3İnter1163210-721
4Qarabağ1162315-1020
5Bakı1144312-1016
6Qəbələ1143412-1315
7Rəvan1134414-1513
8Kəpəz1133515-1712
9Simurq113259-1211
10Turan113178-1410
11AZAL1124512-1610
12Sumqayıt Şəhər111375-156


Bombardir: Sergey Artyux (Turan) – 5.