İlham Əliyev Ağsuda yeni stadionun açılışında iştirak edib - FOTO
31.10.2011 - 14:15
Azərbaycanın dövlət başçısı İlham Əliyev oktyabrın 30-da Ağsu şəhər stadionunun açılışında iştirak edib. Apasport.az saytının məlumatına görə, prezident stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Stadionla tanışlıq zamanı prezidentə məlumat verilib ki, dörd sektorda üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkündür. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılıb. Bundan əlavə, burada daha iki mini stadion idmançıların ixtiyarına verilib. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.
İnzibati binada mərhum prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılıb. Burada konfrans zalı, həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları var. Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilib və “Gülbax” daşları ilə üzlənib. Stadionun yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilib.
Qeyd edək ki, bu müasir idman qurğusunun təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ağsu rayonuna səfəri çərçivəsində qoyulmuşdu.
Mənbə: AzərTAc

0
0