“Yaxın vaxtda xaricdən mütəxəssis gətirməyi planlaşdırmırıq”
31.10.2011 - 14:22
“İcraçı-direktorumuz Alastair Savyerimutto postundan gedib. Ancaq bunun komandanın nəticəsi, digər şeylərə heç bir aidiyyatı yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov bildirib.
Qəbələlilər 2 il öncə icraçı-direktor postunu tapşırdığı ingilis Alastair Savyerimutto ilə yollarını ayırmağa qərar verdi. Ancaq Nəcəfov bunun “Qəbələ”nin son vaxtlar uğursuz çıxışı ilə bağlı olmadığını bildirib: “Onun gördüyü işlər daha çox marketinqlə bağlı idi. Savyerimutto bu işlərin öhdəsindən lazımınca gələ bilmədiyi üçün öz razılığı ilə istefaya getdi. Bir də ki, onun müqaviləsinin bitməsinə az qalmışdı, ilin sonunda başa çatırdı”.
Vitse-prezidentdən ingilis mütəxəssisi əvəzləyəcək şəxsin müəyyənləşdirildiyini soruşduq: “Hələlik namizəd yoxdur və ümumiyyətlə, yaxın vaxtda əcnəbi mütəxəssis gətirməyi düşünmürük. Əlbəttə, Savyerimuttosuz işlər öz axarı ilə davam edəcək. O, marketinq sahəsində müəyyən işləri görüb və bunlar davam etdiriləcək”.
Mehman SÜLEYMANOV

0
0