Üçüncülər arasında beşinci
31.10.2011 - 14:55
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində qrup üçüncüsü olan Azərbaycan yığması mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, buna digər qruplarda 3-cü yeri tutan komandaların nəticələri səbəb olub.
Belə ki, 13 qrupdan yalnız ikisinin üçüncü yerinin sahibi elit raunda vəsiqə qazanacaq. Hələ X seçmə qrupda mübarizə başa çatmasa da, yığmamızın növbəti mərhələyə çıxmadığı məlumdur. Çünki 3-cü yeri tutmuş 12 komanda sırasında Təbriz Həsənovun yetirmələri 5-ci nəticəyə malikdir.
Ən yaxşı göstəriciyə isə Uels və Bolqarıstan yığmaları malikdir. Britaniyalılar artıq mərhələ adlayıbsa balkanlıların taleyinə X qrupun son matçlarından sonra aydınlıq gələcək.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0