“Mançester Yunayted”in əfsanəsi Bakıya gələ bilər
31.10.2011 - 15:15
“Mançester Yunayted”in əfsanəsi Bakıya gələ bilər
Çempionlar Liqasının 2012/13 mövsümünün daha bir iştirakçısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində Norveçi “Molde” təmsil edəcək. Bu, komandanın ölkə çempionu qazanmasından sonra mümkün olub. Belə ki, 1911-ci ildə yaranan klub tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

“Molde”nin bu uğurunda Norveç futbolunun əfsanəsi Ole-Qunnar Sulşerin əməyi var. “Mançester Yunayted”in sabiq hücumçusunun bu ilin əvvəlində kluba məşqçi təyin olunmasından sonra iddiaları artan “Molde” 100 illik yubileyə qızıl medalları əlavə edib.

Qeyd edək ki, Sulşerin yetirmələri adı gələn ilin mayında müəyyənləşəcək Azərbaycan çempionu kimi Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq. “Molde” həmin mərhələdə təmsilçimizin potensial rəqiblərindən biri olacaq.