Elxan Abdullayevin istefası qəbul olundu
31.10.2011 - 15:54
AZAL klubunun baş məşqçisi Elxan Abdullayev istefa verib. Apasport.az saytının məlumatına görə, bu gün komanda rəhbərliyi ilə görüşdə getmək istədiyini rəsmən açıqlayan 41 yaşlı çalışdırıcının istefası qəbul olunub.
Bununla, Abdullayevin vəzifəsində fəaliyyəti cəmi I dövrə, 3 ay çəkib. O, iyulda Avroliqada “Minsk”ə məğlubiyyətindən sonra istefa verən həmkarı Nazim Süleymanovu əvəzləmişdi.
Qeyd edək ki, bu, cari mövsümdə ikinci istefadır. “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov VI turda “Sumqayıt Şəhər”lə evdəki qolsuz bərabərlikdən sonra postundan getməyə qərar verdi və rəhbərlik onu Vladislav Qədirovla əvəzlədi.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0