“Uğurumun sirri sadədir - öz üzərimdə çox çalışıram” - MÜSAHİBƏ
31.10.2011 - 16:08
Bakının “İnter” klubunun futbolçusu Elnur Abdulov komandasının rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın hesabat turunda “Rəvan”la matçın qəhrəmanlarından olan gənc futbolçu oyunla bağlı təəssüratlarını açıqlayıb.
- “Rəvan”la matç asan alınmadı. Lakin buna baxmayaraq, “İnter”ə qalib gəlmək müyəssər oldu və ilk dövrəni qələbə ilə başa vurdu…
- Bəli, əsas nəticədir. Bu planda qələbə əldə etmək bizə çox vacib idi. “Rəvan”ın güclü rəqib olduğunu bilirdik, ancaq komandamız kifayət qədər düzgün oynadı və layiqli qələbə qazandı.
- Bununla belə, “İnter” matçın sonunda azarkeşlərini gərgin anlar yaşamağa vadar etdi…
- Oyunun sonu əsəbi alındı, ancaq burada biz özümüz günahkarıq. Birinci hissədə vəziyyətə tam nəzarət etsək də, meydan sahiblərinin qapısından 2 qol keçirə bildik. Fasilədən sonra “Rəvan” irəliyə atıldı və bu da bizə əks-hücum qurmaq imkanı yaratdı. Yenə 3-4 yüz faizlik qol vəziyyətləri yaratdıq. Ancaq 3-cü qol vurmaq əvəzinə bir az sonra özümüz qol buraxdıq.
- Siz karyerana hücumçu kimi başlamısınız. Lakin bu mövsüm Kaxaber Sxadadze sizdən yarımmüdafiəçi kimi istifadə edir. Yeni ampluada oynamaq çətin deyil ki?
- Əvvəlcə çətin oldu, amma vaxt keçdikcə uyğunlaşdım. Düşünürəm ki, mənim hansı mövqedə oynadığımı məşqçi daha yaxşı bilər. İstənilən halda, meydana çıxmaq və oyunumla komandaya kömək etmək istəyirəm. Ona görə də yarımmüdafiədə və ya hücumda oynamağın mənim üçün o qədər də fərqi yoxdur.
- Bir neçə mövsümü “İnter”in əvəzedici heyətində keçirmisiniz. Ehtiyat heyətin heç də hər bir üzvünə əsas komandaya düşmək qismət olmur. Siz bu uğuru nə ilə izah edərdiniz?
- Mənim uğurumun sirri sadədir - öz üzərimdə çox çalışıram. Bundan başqa, mən məşqçilərimə, xüsusilə də Kaxaber Sxadadzeyə minnətdaram. Onlar mənim karyeramda irəliləməyimdə böyük rol oynadılar.
- Birinci dövrə başa çatdı. “İnter” 21 xalla turnir cədvəlində 3-cü yerdədir. Komandanın birinci dövrədə çıxışını necə qiymətləndirərdiniz?
- Biz mövsümə heç də yaxşı başlamadıq. Çempionatın əvvəlində 2 oyun ard-arda məğlub olduq. Lakin sonra komanda toparlandı və xal yığmağa başladı. Birinci dövrənin son hissəsi bizim üçün kifayət qədər uğurlu alındı. Biz növbə ilə “Xəzər-Lənkəran” və “Neftçi” komandalarını məğlub etdik və bununla da mövqelərimizi hissediləcək dərəcədə möhkəmləndirdik. Düşünürəm ki, ilk dövrə komandamız üçün uğurlu alındı. Bununla belə, ikinci dövrədə biz vəziyyətimizi yaxşılaşdırmalıyıq, axı 3-cü yer imkanlarımızın hüdudu deyil.

0
0