“Sumqayıt Şəhər”də itki
31.10.2011 - 16:28
AZAL üzərində qələbə qazanan (2:1) “Sumqayıt Şəhər” itki ilə üzləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu qarşılaşmada ilk qolun müəllifi olan Samir Abdulovun qabırğası sınıb.
Hücumçu bildirib ki, ən azı 1 ay komandasına kömək etmək gücündə olmayacaq: “İlk qələbəyə görə bütün komandanı təbrik edirəm. Qazanılan üç xalda hamının əməyi var. Təəssüf ki, AZAL-la qarşılaşmada zədə aldım. Rəqiblə mübarizədən sonra qabırğamda ağrı hiss etdim. Oyundan sonra həmin hissədə sınıq olduğu müəyyən oldu. Həkimlərin sözlərinə görə, ən azı 1 ay məşq edə bilməyəcəyəm”.
Qeyd edək ki, Abdulovdan başqa, Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov da zədə səbəbindən “Sumqayıt Şəhər”ə kömək edə bilmir.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0