“Bakı” Jabanı qaytarıb, 2 futbolçunu uzaqlaşdıra bilər
31.10.2011 - 20:15
“Bakı” Jabanı qaytarıb, 2 futbolçunu uzaqlaşdıra bilər
“Bakı” klubunun hücumçusu Jaba arzusuna çatıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu əsas komandasına qayıdıb.

Formada olmadığı üçün klub rəhbərliyi və baş məşqçinin birgə qərarına əsasən əvəzedici heyətə göndərilən Jaba burada özünü yaxşı tərəfdən göstərə bildi. Futbolçu xüsusən də son iki oyunda qollar vurub, komandasının nəticə qazanmasında böyük pay sahibi oldu.

Jaba indi əsas heyətə düşmək uğrunda Maris Verpakovskis və Uinston Parksla mübarizə aparacaq.

Qeyd edək ki, Aleksandr Starkovun qərarı ilə əvəzedici heyətə göndərilən digər iki futbolçu – Ruslan Leviqa və Ernad Skuliç hazırda əvəzedici heyətdə məşqlərini davam etdirlər. Hər iki futbolçunun qışda komandadan ayrılacağı gözlənilir.