Bu kino ki var...
01.11.2011 - 00:02
“Düzünü desəm, kinoya çəkilməyin marağında deyildim. Amma klubdan xahiş eləmişdilər, onların sözünü yerə salmadım və epizodik səhnədə rol aldım. Ehtiyatlanırdım ki, çəkilsəm hərə bir tərəfdən nəsə deyəcək. Elə oldu ki, birtəhər gedib, kamera qarşısına çıxdım”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin Ağdamın “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.
Şou-biznes sahəsində ilk addımını atan Rauf bildirib ki, bu, kinoya ilk və son çəkilişi olacaq: “Gələcəkdə bu sənətlə bağlı heç bir fikrim, niyyətim yoxdur. Sadəcə, çox israr etdilər, mən də sözlərindən çıxmadım”.
Əliyev çəkildiyi epizodu izlədikdən sonra belə bir qənaətə gəlib ki, kinoya çəkilmək çox çətin işdir: “Həmin məsəl mənim işimdə də keçərli oldu. Bu kino ki, var, çox çətin məsələdir. Birinci dəfə idi ki, kamera qarşısına çıxırdım, çox həyəcanlı idim. Epizodik rolda yer alsam da, çox əziyyət çəkdim”.
Epizodik roldan sonra Raufa gələn zənglərin sayı artıb: “Həmin roldan sonra mənə belə dəvətlər gəlməyib. Əgər hər hansı bir dəvət olarsa belə, bundan sonra “hə” demərəm. Bir epizodik rola çəkilmişəm, bundan sonra o qədər zəng gəlib ki.. Artıq verilən suallar özümün də xoşuma gəlmir. Yenə başımı aşağı salıb, futbol oynayacağam”

0
0