4 il əvvəlki rekord təkrarladı
01.11.2011 - 10:32
4 il əvvəlki rekord təkrarladı
Azərbaycan Premyer Liqasında I dövrə başa çatıb. Apasport.az saytının məlumatına görə, dövrənin sonuncu XI turundan asılı olmayaraq, çempionatın ilk bölümünün çempionu adını təmin edən “Xəzər Lənkəran” “Kəpəz”i də məğlub edib mövqeyini daha da möhkəmlədib. 1:0 hesablı qələbə sayəsində I dövrənin qalibi öz rekordunu təkrarlayıb.

Belə ki, komanda ilk 11 matçda 26 xal qazanıb. Güclülər dəstəsində 8-ci mövsümünü keçirən lənkəranlılar heç vaxt startdakı 33 mümkün xaldan indikindən artığını yığmayıb. Yalnız 5 il əvvəl “Xəzər Lənkəran” ilk 11 turda belə yüksək göstəriciyə - 26 xala nail olmuşdu. 2006/07 mövsümündəki həmin nəticə sonda çempionluğun qazanılması ilə nəticələnmişdi. Çempionluq gətirən həmin rekordu təkrarlayan Mirça Rednikin yetirmələri rumıniyalı ilə əldə olunan ötənilki göstəricini 2 xal yaxşılaşdırdı.

“Xəzər Lənkəran” ilk 11 turda

2004/05    6   3   2   14-5   21
2005/06    2   3   6   8-11    9
2006/07    8   2   1   19-5   26
2007/08    7   3   1   22-9   24
2008/09    8    2   21-7   25
2009/10    5   4   2   13-6   19
2010/11    7   3   1   13-5   24
2011/12    8   2     17-7   26


Mənbə: lankaranfc.com