Qol vurmadı, zirvədə qaldı
01.11.2011 - 10:45
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cari ildə ən məhsuldar oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 2 həftə əvvəl açıqlanana siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər qeydə alınıb. Belə ki, milli və qitə kuboklarında 6 qol vuranları siyahıdan çıxaran İFFHS 7 və daha çox qol vuranları cədvəldə saxlayıb. Bu üzdən 88 nəfərlik sıralamada 55 futbolçu qalıb.
Küveyt yığmasında 10, İordaniyanın “Əl-Vəhdət” klubunda isə 6 dəfə fərqlənən Həsən Əbdel Fəttah Həsən Mahmoud son 14 gündə fərqlənməsə də 1-ci yerdə qalıb. Onu kolumbiyalı Radomir Falkao (“Atletiko”) və meksikalı Xavyer Ernandes (“Mançester Yunayted”) izləyir. Millidə 4, klubunda 11 dəfə fərqlənən cənubi amerikalı “Çikarito” ləqəbli Xavyeri 1 qol üstələyir. Sonuncu millisinin heyətində 11, klubda avrokubokda 3 qol vurub.
Qeyd edək ki, Azərbaycan futbolçularından heç biri 7 qol vurmadığından siyahıda bizimkilər yer almayıb.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0