“Qızıl top”a 23 iddiaçı qaldı
01.11.2011 - 11:33
FİFA dünyanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan “Qızıl top” mükafatına namizədlərinin sayını ixtisara salıb. Apasport.az saytının məlumatına görə, ilkin açıqlanan 50 nəfərlik siyahıda 23 futbolçu qalıb.
Bunlar Erik Abidal (Fransa, "Barselona"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Kərim Benzema (Fransa, "Real"), İker Kasilyas (İspaniya, "Real"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"), Daniel Alveş (Braziliya, "Barselona"), Samuel Eto’O (Kamerun, "Anji"), Sesk Fabreqas (İspaniya, "Barselona"), Dieqo Forlan (Uruqvay, "İnter"), Andres İnyesta (İspaniya, "Barselona"), Lionel Messi (Argentina, "Barselona"), Tomas Müller (Almaniya, "Bavariya"), Luiş Nani (Portuqaliya, "Mançester Yunayted"), Neymar (Braziliya, "Santos"), Məsut Özil (Almaniya, "Real"), Herard Pike (İspaniya, "Barselona"), Ueyn Runi (İngiltərə, "Mançester Yunayted"), Bastian Şvaynştayger (Almaniya, "Bavariya"), Uesli Sneyder (Hollandiya, "İnter"), Luis Suares (Uruqvay, "Liverpul"), David Vilya (İspaniya, "Barselona"), Xabi Alonso (İspaniya, "Real") və Xavi Ernandesdir (İspaniya, "Barselona).
Qaydaya əsasən, sona 3 futbolçu qalacaq ki, onlar arasında ən yaxşı müəyyənləşəcək. Göründüyü kimi, siyahıda ən çox “Barselona”nın futbolçularıdır. 50 nəfərlik siyahıda bu komandanın 9 futbolçusu yer almışdısa, indi 8 oyunçu qalıb. Kənarda qalan “Barsa”nın kapitanı Karles Puyoldur. Təcrübəli müdafiəçi bu ili zədə üzündən demək olar boşa verdiyindən, “Qızıl top”a iddia edə bilməyəcək.
Ən yaxşı futbolçu ilə yanaşı, dünyanın ən güclü məşqçisinin adına da aydınlıq gələcək. Həmin 10 namizəd Visente del Boske (İspaniya, İspaniya yığması), Aleks Ferqyuson (Şotlandiya, "Mançester Yunayted"), Rudi Qarsiya (Fransa, "Lill"), Xosep Qvardiola (İspaniya, "Barselona"), Yurgen Klopp (Almaniya, "Borussiya" Dortmund), Yoahim Löv (Almaniya, Almaniya yığması), Joze Mourinyo (Portuqaliya, "Real"), Oskar Tabares (Uruqvay, Uruqvay yığması), Andre Villaş-Boaş (Portuqaliya, "Porto"/"Çelsi") və Arsen Vengerdir (Fransa, "Arsenal").
Xatırladaq ki, ötən il dünyanın ən yaxşı futbolçusu Messi, ən yaxşı məşqçisi Mourinyo seçilib.

0
0