“Milan”ın sabiq baş məşqçisi Azərbaycana gələcək
02.11.2011 - 12:51
Əfsanəvi futbol məşqçisi Ariqo Sakki Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis ölkəmizə “Bakı” klubunun dəvəti ilə təşrif buyuracaq.
“Bakı”nın baş meneceri Zeynal Məmmədov az öncə İtaliyaya yollanıb. Komandanın texniki sponsoru "Macron" idman geyimləri şirkətinin dəvəti ilə Apennin yarımadasına gedən Məmmədov İtaliya A seriyasının “Bolonya” – “Atalanta” (3:1) oyununu izləyib.
Oyun zamanı əfsanəvi məşqçi Sakki ilə söhbətləşmək imkanı əldə edən baş menecer "Bakı"nın uşaq və yeniyetmə siyasəti, fəaliyyətə başlayan futbol akademiyası barədə ətraflı məlumat verib. Məmmədov klubunun idman infrastrukturu və aparılan işlərlə yaxından tanış olmaq məqsədi ilə təcrübəli mütəxəssisi Bakıya dəvət edib. Sakki dəvəti məmnuniyyətlə qəbul edərək, uyğun bir zamanda Azərbaycana gələcəyini bildirib.
Qeyd edək ki, “Milan” və İtaliya yığmasının çalışdırıcısı kimi böyük uğurlar qazanan Sakki hazırda İtaliya Futbol Federasiyasının uşaq futbolu üzrə baş koordinatoru vəzifəsində çalışır.

0
0