“Azərbaycan futbolunun gələcəyi yaxşı əllərdədir”
02.11.2011 - 15:47
“Azərbaycanda “Barselona” futbol akademiyasının toxumlarını səpmək bizim üçün xoşdur”. Apasport.az saytının xəbərinə görə, bunu Barselona şəhərindəki Xristof Stoiçkov futbol akademiyasının nümayəndəsi Loze Luis Villar deyib.
Bu gün keçirilən mətbuat konfransına qatılan mütəxəssis “Turan”la əməkdaşlıq haqda danışıb. Lakin o, əvvəlcə təmsil etdiyi akademiyanın yaranma tarixi, eləcə də bir neçə yetirmələri barədə məlumat verib: “Barselona” akademiyanın əsası 1973-cü ildə, Lauriano Luis tərəfindən qoyulub. Akademiya bu gün də fəaliyyətini davam etdirir. Həmin insan uşaqları seçərkən heç vaxt onların boy-buxununa, ayağının ölçüsünə diqqət yetirmirdi. Əsas diqqəti uşağın futbol fəlsəfəsinə yönəldirdi. Ümumiyyətlə, Luis elə insan idi ki, onunla hər söhbətdən sonra öyrənməli çox şeyin olduğunu qətiləşdirirdin. O, “Barselona”nın əsas komandasının da rəhbəri olub. Bu Yohan Kroyfun dövrünə düşüb. Kroyf indi də futbol haqda geniş bilgiləri Luisdən öyrəndiyini etiraf edir. Yohanı Laurianonun davamçısı adlandırmaq olar. Qvardiola isə Yohanın yetirməsi olub”.
Azərbaycan futbolunun gələcəyinin yaxşı olacağına əmin olduğunu bildirən mütəxəssis akademiyada onlara keçiriləcək məşqlər haqda da danışıb: “Düşünürəm ki, “Turan”ın və Azərbaycan futbolunun gələcəyi yaxşı əllərdədir. Məşqlərə gəldikdə, Uşaqlara akademiyada il ərzində 500 saat fərdi məşqlər keçiriləcək. Bu da sırf “Turan” üçün ediləcək. Bu hardasa gün ərzində 4-5 saat məşq deməkdir”.

0
0