“Turan”ın intizamsız tapıntısı
02.11.2011 - 16:15
“Turan”ın intizamsız tapıntısı
Premyer Liqanın I dövrəsində ən çox cəzalanan futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Turan”ın bu ilin yayında “Kəpəz”dən transfer etdiyi Zura Dzamsaşvili hamıdan çox – 5 matçda “fərqlənib”.

Keçirdiyi 9 görüşün yarıdan çoxunda “sarı” alan gürcü legioner hətta “qırmızı” alanlardan da çox görüşün “qəhrəman”larından olub. Ötən il Gəncə təmsilçisində oynadığı vaxt komanda yoldaşı Ramal Hüseynovdan sonra mövsümün 2-ci intizamsızı olan gürcü artıq yarımmüdafiəçini də arxada qoymağı bacarıb.

Cari mövsümün 4 qarşılaşmasında cəzalanan oyunçuların sayı isə xeyli çoxdur. Lakin onlardan 4-ü 1 oyunda meydandan qovulub, 3-də isə sarı vərəqə ilə kifayətlənib.

Bunlar “Bakı”dan İbrahim Karqbo, “Sumqayıt Şəhər”dən Andrey Popoviç, “Rəvan”dan Tagim Novruzov və “Turan”ın daha bir gürcüsü Georgi Beriaşvilidir. Sonuncunun daha 1 həmyerlisi Georgi Qulordavanı da intizamsızlar sırasına daxil etmək olar.

O, I dövrədə 4 sarı vərəqə alanlar arasında ən az oynayanıdır. Belə ki, “Rəvan”ın üzvü 5 matda meydana çıxsa da, yalnız 1 dəfə vərəqəsiz qalıb.