Aqil, Aqil əmi, yoxsa Aqil müəllim?
02.11.2011 - 16:55
Aqil, Aqil əmi, yoxsa Aqil müəllim?
Premyer Liqanın I dövrəsinin ən cavan və ən yaşlı futbolçularının siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, arxada qalan 11 turda meydana çıxıb, ən azı 1 dəqiqə oynayan futbolçular arasında kəskin yaş fərqi var.

Belə ki, çempionatınızın ən “qoca”sı ən “balaca”dan 23 yaş 8 ay böyükdür. Söhbət Premyer Liqanın “ağsaqqalı” Aqil Məmmədovdan gedir. “Sumqayıt Şəhər”in futbolçusu komanda yoldaşı Orxan Əliyevdən ata-oğul fərqi qədər böyükdür. Maraqlıdır, görəsən Orxan atası yerində olan komanda yoldaşı Aqilə necə müraciət edir: Aqil, Aqil əmi, yoxsa Aqil müəllim?

Premyer Liqanın yaşca 2-ci gənc və 2-ci yaşlı oyunçusu da elə “Sumqayıt Şəhər”də çıxış edir. Orxan kimi, Ruslan Nəsirli də Aqildən 23 yaş kiçikdir. Elə Mahmud Qurbanov bu yeniyetmələrdən kifayət qədər, demək olar bu qədər – 22 yaş böyükdür. Bu komandanın daha 1 üzvü Aslan Kərimov da gənclər üçün nümunə ola bilər. Lakin həmyaşıdı Mahmuddan fərqli, o, cari mövsüm meydana çıxmayıb.

I dövrədə meydana çıxan ən gənc futbolçular

klubufutbolçuoyunTəvəllüdü
Sumqayıt ŞəhərOrxan Əliyev721.12.1995
Sumqayıt ŞəhərRuslan Nəsirli212.01.1995
Xəzər LənkəranFikrət Ulduzlu115.04.1994
TuranCavid Tağıyev209.03.1994
Sumqayıt ŞəhərRuslan Tağızadə1109.12.1993


I dövrədə meydana çıxan ən yaşlılar

klubufutbolçuoyunTəvəllüdü
Sumqayıt ŞəhərAqil Məmmədov 212.04.1972
Sumqayıt ŞəhərMahmud Qurbanov710.05.1973
İnterBranislav Çervenka1027.09.1975
SimurqVasili Yanotovski1002.01.1976
KəpəzAzər Məmmədov 707.02.1976
0