Azərbaycan çempionu üçün German
02.11.2011 - 17:11
Azərbaycanın futzal üzrə UEFA kubokunun elit-raundunda yeganə təmsilçisi olan “Araz”ın mübarizə aparacağı B qrupunun oyunlarını idarə edəcək hakimlər və UEFA nümayəndələri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun qrupuna təyinat alan hakimlər Sergey Drebujan (Ukrayna), Eduardo Joze Fernandes Koelyo (Portuqaliya), Qabriel Konstantin German (Rumıniya) və Daniel Yanoseviçdir (Xorvatiya). UEFA nümayəndələri italiyalı Andrea Lastrucci ilə macar Ferents Raqadiks olacaq.
“Araz”ın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
17 noyabr
21:30. “Araz” – “Eyndhoven”
18 noyabr
21:45. “Xrudim” – “Araz”
20 noyabr
20:00. “Araz” – “Barselona”
Qeyd edək ki, Naxçıvan təmsilçisinin yer aldığı qrupun oyunları İspaniyanın Barselona şəhərində keçiriləcək.
Mənbə: affa.az
“Araz”ın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
17 noyabr
21:30. “Araz” – “Eyndhoven”
18 noyabr
21:45. “Xrudim” – “Araz”
20 noyabr
20:00. “Araz” – “Barselona”
Qeyd edək ki, Naxçıvan təmsilçisinin yer aldığı qrupun oyunları İspaniyanın Barselona şəhərində keçiriləcək.
Mənbə: affa.az
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı
0
0