Andrea Traverso: AFFA həmişə ön cərgələrdə olub - MÜSAHİBƏ
02.11.2011 - 17:33
Bakıda səfərdə olan UEFA-nın Klub Lisenziyası və Maliyyə Fair Play-i şöbəsinin rəhbəri Andrea Traverso affavideo.az saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, Traverso söhbətində bu şöbənin yaradılma zərurətindən və AFFA-nın onlarla əməkdaşlığından danışıb.
- Maliyyə Fair Play-i nədir və UEFA bu layihəni hansı məqsədlə tətbiq edir?
- Bu layihə bir neçə il əvvəl yaradılıb. UEFA-ya üzv olan 53 milli assosiasiyanın klublarındakı maliyyə vəziyyəti heç də qaydasında deyildi. Üstəlik, vəziyyət getdikcə çətinləşirdi. Bu sahədə müsbət mənada yeniliyə ehtiyac var idi. Beləcə, Maliyyə Fair Play-i layihəsini yaratmağı qərara aldıq.
- Bu layihə əsasən hansı klublara şamil olunur?
- UEFA-nın klub yarışlarında iştirak edən bütün klublara. Hazırda layihə UEFA-ya üzv olan 53 ölkənin 235 klubunu əhatə edir. Ancaq bu, nəzərdə tutduğumuzdan azdır. İnanırıq ki, hər bir federasiya bu layihəni daxili çempionatlarında mübarizə aparan bütün klublara tətbiq edəcək. Əlbəttə, Maliyyə Fair Play-inin bütün qaydaları assosiasiya tərəfindən hər bir kluba tətbiq olunmamalıdır. Təbii ki, milli assosiasiya daxili çempionatın səviyyəsini nəzərə alaraq, bu layihəni hansı klublara tətbiq edəcəyini özü müəyyənləşdirməlidir.
- Layihənin tələblərini yerinə yetirməyən klubları hansı sanksiyalar, cəzalar gözləyir?
- Hər hansı bir layihənin tətbiqi zamanı klublara kömək edilməlidir, maarifləndirmə işləri aparılmalıdır. Layihənin tələblərinə cavab verməyən klublar isə tənbeh olunmalıdır. Əgər hər hansı layihənin tətbiqində sanksiyalar nəzərdə tutulmayıbsa, bu, həmin layihənin uğursuz olması anlamına gəlməməlidir. Layihə o vaxt uğurlu olar ki, hər hansı kluba sanksiya tətbiq olunmadan həyata keçirilsin.
- AFFA-nın Lisenziyalaşdırma qrupu son 2 ildə yerli futbol klublarının lisenziyalaşdırma üzrə əməkdaşları üçün bir sıra seminarlar, treninqlər təşkil edib. Bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz?
- UEFA bu istiqamətdə AFFA ilə sıx əməkdaşlıq edir. Lisenziya ilə bağlı məsələlərdə həmişə AFFA ön cərgələrdə olub. Hər bir federasiya Maliyyə Fair Play-inin fəlsəfəsini, mahiyyətini anlayıb, təcrübə toplayandan sonra ölkəsində tətbiq etməlidir. Bunun üçün UEFA son 2 ildə müxtəlif seminarlar keçirib. Bu seminarlarda təkcə lisenziya sahəsi deyil, eyni zamanda infrastruktur və gənc futbolçuların hazırlığı ilə bağlı məsələlər də əhatə olunur.

0
0