Amit Quluzadə: Fərq çempionatın səviyyəsindədir
02.11.2011 - 17:58
Amit Quluzadə: Fərq çempionatın səviyyəsindədir
“Doğma komandamın düşərgəsinə qayıtdığım üçün şadam”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Kayseri Ərciyəsspor” klubunda çıxış edən Amit Quluzadə deyib.

19 yaşlı yarımmüdafiəçi hazırlığını “Neftçi”nin düşərgəsində davam etdirir. 5 günlük istirahət müddətindən yararlanıb, Bakıya gəlmiş Amit bu gün “ağ-qaralar”ın məşqinə qatılıb: “Burada futbolçunun məşq etməsi üçün istənilən şərait yaradılıb. Başda klub prezidenti Sadıq Sadıqov olmaqla, hər kəs komanda üçün əlindən gələni edir. Həmçinin də mənim üçün. Oradakı hazırlığımla burada keçdiyim məşq arasında fərq yoxdur. Fərq çempionatın səviyyəsindədir. Təbii ki, orada sürət daha böyükdür. Əvvəlcə çətinlik çəksəm də, sonradan öyrəşdim. Hər halda, Türkiyə çempionatında çıxış etmək böyük təcrübədir. “Kayseri Ərciyəsspor”a keçidimə şərait yaratdığı üçün Sadıq müəllimə xüsusi təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Amit Quluzadə “Kayseri Ərciyəsspor”a bu ilin yay “transfer pəncərəsi” dövründə keçmişdi. Onun formasını geyindiyi komanda hazırda Bank Asya Liqasınıın lideridir.

Mənbə: neftchifc.com