“Neftçi” – “Xəzər Lənkəran” matçını şişirtməyə ehtiyac yoxdur”
03.11.2011 - 16:59
 “Neftçi” – “Xəzər Lənkəran” matçını şişirtməyə ehtiyac yoxdur”
“Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında oyunlar həmişə gərgin keçir. Yəqin ki, bu dəfə də belə olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevə məxsusdur.

Gənc futbolçu “Xəzər Lənkəran”la qarşıdan gələn oyun barədə fikirlərini klubun rəsmi saytına bildirib: “Bu oyun bizim üçün digərlərindən seçilmir. Hesab edirəm ki, “Neftçi” – “Xəzər Lənkəran” matçını bu qədər şişirtməyə ehtiyac yoxdur. İnşallah, kim güclüdürsə, o da qalib gələcək. Son iki oyunda qazandığımız qələbə bu görüşdə bizə əlavə stimul verəcək. Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”.