“Qarabağ” rəqəmlərin dili ilə
03.11.2011 - 17:04
“Qarabağ” Premyer Liqanın I dövrəsinə yekun vurub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, II dövrəyə 4-cü pillədə daxil olan komandanın cari mövsümdəki çıxışı araşdırılaraq, statistik göstəricilərdə əks olunub.
*** “Qarabağ” sifariş vərəqəsinə 24 futbolçunun adını daxil edib. Amma 23 futbolçunun adı 11 tur ərzində “18-lik”də olub. 3-cü qapıçı Osman Umarovun yeganə istisnadır. 23 futbolçudan 20-si meydana çıxıb. Kamil Hüseynov 5, Elgiz Kərəmli və Təmkin Xəlilzadənin adı 2 dəfə maç siyahısında olsa da, meydana çıxmayıblar.
*** Komandanın 4 futbolçusu - Rəşad Sadıqov, Admir Teli, Namiq Yusifov və Ansi Aqolli 11 oyunun hamısında meydanda olublar. Bojan Pavloviç də ancaq start heyətində meydana çıxsa da, serbiyalı qapıçı 1 oyun az keçirib. Rəşad, Admir, Namiq əvəzlənmədən meydanda olsalar da, Ansi VIII turda “Rəvan”la oyunda 70-ci dəqiqədə əvəzlənib. Pavloviçlə yanaşı, Georgi Adamiya 10, Maksim Medvedev, Rauf Əliyev, İlqar Qurbanov və Bəxtiyar Soltanov 9 oyunda forma geymək şansı əldə edib. Əvəzetmələrdən ən çox oyuna daxil olan Bəxtiyardır - 6 dəfə. İlk turda zədələnən Zaur Həşimov cəmi 52 dəqiqə (5 faiz) olmaqla, “Qarabağ”ın I dövrədə meydanda ən az olan futbolçusu olub.
*** “Qarabağ” çempionatda 15 qol vurub (1 qolu AZAL-ın müdafiəçisi Bronislav Arsenyeviç öz qapısına vurub), 10-u isə öz qapısında görüb. 14 qola 9 futbolçu imza atıb. Raufla Georgi hərəyə 3 qol vurmaqla liderdir. Əfran 2 dəfə qola sevinib. Sadıqov, Aqolli, Teli ilə yanaşı, Rəşad Sadiqov, Vüqar Nadirov, Leonardo Roşa hərəyə 1 dəfə fərqləniblər. Sadiqovun İlqar Qurbanovla birgə hərəyə 2 məhsuldar ötürməsi var. Ağdamlılar ilk 2 tur fərqləndikdən sonra 3 oyunda qol vura bilməyib, son 6 matçda isə meydanı qolsuz tərk etməyib. “Qarabağ”ın 3 oyunda qapısını toxunulmaz saxlayıb.
*** I dövrədə “Qarabağ”ı 3 futbolçu kapitan qismində meydana çıxarıb. Sadiqov 7, Yusifov 3, son turda meydana çıxan qapıçı Fərhad Vəliyev 1 dəfə sarğını qoluna keçirib.
*** 11 turda “Qarabağ”ın futbolçuları 20 sarı, 2 qırmızı vərəqə alıb. Daha doğrusu, 24 “sarı” alınsa da, Sadiqovla Adamiya 1 oyunda 2 dəfə belə vərəqə almaqla, avtomatik qırmızını görüb. Sadiqov “Qəbələ", Adamiya isə AZAL-la oyunda komandanı azlıqda qoyub. Ən çox sarı vərəqəni Sadıqovla Medvedev alıb – 4 dəfə. Ümumiyyətlə, 11 futbolçu sarı vərəqə ilə cəzalandırılıb, 9 futbolçu isə cəzasız ötüşüb. Ən intizamlı futbolçu Telidir. Belə ki, Albaniya yığmasının müdafiəçisi bütün oyunlarda əvəzlənmədən keçirərək, “sarı” almayıb. “Qarabağ”ın “Sumqayıt Şəhər”lə qolsuz bərabərliklə nəticələn səfər matçında heç bir futbolçusu vərəqə almayıb. Ağdamlılar ən çox vərəqəni səfərdə AZAL-a 3:1 hesabı ilə qalib gəldiyi oyunda alıb – 5 dəfə.
*** Komandanın oyununa 8 referi baş hakim kimi təyinat alıb. Anar Salmanov 3, Elnur Muradov 2, 6 hakim hərəyə bir dəfə idarəçilik edib.
*** Dövrə ərzində 10 futbolçu zədə üzündən oyun buraxmalı olub. Ümumiyyətlə, 11 turun hər birində “Qarabağ”ın futbolçusu belə aqibətlə üzləşib. 3 halda zədə ucbatından məcburi əvəzləmə edilib. Həşimov “İnter”, İmaməliyev “Kəpəz”, Qurbanov “Sumqayıt Şəhər”lə matçlarda məhz bu səbəbdən vaxtından əvvəl meydanı tərk edib. Ən uzun zədə Emində müşahidə olunub – 9 həftə. “Qarabağ” zədənin əziyyətini ən çox AZAL-la oyunda əziyyət çəkib. Həmin matçda 4 nəfər oynamayıb ki, bu da I dövrədə ən yüksək göstəricidir.
*** “Qarabağ” 11 oyunu 8 stadionda keçirib. Komanda təmsil etdiyi Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda ən çox meydana çıxıb – 3 dəfə. “Dalğa Arena” 2 dəfə komandanın ev oyunlarına şahidlik edib.

0
0