Əfsanəvi məşqçi “Bakı” klubunda işləməyə razılıq verdi
05.11.2011 - 00:01
“Məşhur italiyalı məşqçi Ariqo Sakkinin əsas komandamızda çalışmaq perspektivi yoxdur. O, hazırda İtaliyada aşağı yaş qrupu üzrə komandaların ümumi nəzarətçisidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun rəsmisi Tunc Afşar deyib.
Klubun prezidenti Hafiz Məmmədovun şəxsi məsləhətçisi olan Afşar bildirib ki, Sakki “Bakı” ilə əməkdaşlıq edəcək: “Sakki çox məşhur futbol adamıdır. O, Azərbaycana gəlib, “Bakı”nın aşağı yaş qrupları üzrə komandalarına məsləhətlər verəcək. Bir sözlə, “Bakı”nın ümumi məsləhətçisi olacaq”.
Sakki artıq Bakıya dəvət də olunub. Hazırda onun səfərinin vaxtı müəyyənləşir:
“O, çox sıx qrafik üzrə çalışır. Odur ki, vaxtı yoxdur. Çalışırıq ki, onu Bakıya tez bir zamanda gətirək. Bu mütəxəssislə “Bakı” klubu arasında rəsmi fəaliyyət üçün ilkin razılıq əldə olunub. Onun indiki postu da pis deyil. Bakıya gəldiyi zaman bu məsələni müzakirə edəcəyik. Əgər razılıq əldə olunsa, bu məşhur mütəxəssis “Bakı”da fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Sakki İtaliya yığması ilə yanaşı, məşhur “Milan” klubunu da çalışdırıb.

0
0