“Biz də qızıl istəyirik” - MÜSAHİBƏ
05.11.2011 - 00:04
“Zəif rəqibə qarşı hazırlaşanda istər-istəməz boşalmalar olur”
“Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- Bu gün “Sumqayıt Şəhər”lə qarşılaşacaqsınız. Oyuna hazırsınızmı?
- Komandada hər şey yaxşıdır. “Bakı” üzərində qələbədən sonra ab-hava daha da yaxşılaşdı. Birinci dövrədə “Sumqayıt şəhər”lə heç-heçə etdiyimizə görə üzülürük. Bu səbəbdən xal itirmək istəmirik.
- Quzanlıda keçiriləcək oyuna revanş kimi yanaşmaq olarmı?
- Revanş deyəndə ki, bizə qələbə lazımdır. Çempion olmaq istəyiriksə mütləq 3 xal qazanmalıyıq. Həm də oyun bizim azarkeşlərin qarşısında keçiriləcək. Onlara ikiqat bayram yaşatmaq istəyirik. Düzdür, ötən il üçüncü yeri tutduq. Bu nəticə Avropa Liqasında oynamağımıza imkan verdi. Bu dəfə çempion olub, daha nüfuzlu liqada gücümüzü sınamaq haqda düşünürük. Avropa Liqasının qrup mərhələsinə düşmək üçün asan yol Çempionlar Liqasından keçir.
- Rəqib komanda əsasən gənc futbolçulardan qurulub. Oturuşmuş heyətə malik “Qarabağ”ın təcrübə hesabına rəqibini yenəcəyini düşünmək olarmı?
- Birinci dövrədə ola bilsin, meydana arxayın çıxmışdıq, ona görə də 2 xal itirdik. Həm də çempionat onu göstərir ki, zəif, asan yeniləcək rəqib yoxdur. Çox ciddi hazırlaşmışıq. Hamı bir-birindən xal almağı bacarır.
- Komandanızın lideri Rəşad Sadıqov zədəli olduğu üçün meydana çıxmayacaq. Onun yoxluğu problem yaratmayacaq?
- Rəşadın yoxluğu bizim üçün itkidir. Ola bilsin, müdafiədə boşluqlar yaransın. Ancaq onu əvəz edəcək futbolçumuz da çox istəklidir və inanıram ki, Rəşadı layiqincə əvəzləyəcək.
Rəşadın meydanda olması, uşaqlarda inam yaradır. Belə götürəndə, “Sumqayıt Şəhər”ə qarşı oynayacağıq. Ancaq Rəşad kimi futbolçunun olmaması istər-istəməz sözünü deyəcək. Bacardıqca onun yoxluğunu hiss etdirməyəcəyik.
- Statistikaya diqqət yetirdikdə, “Qarabağ”ın autsayder komandalara qarşı oyunlarının çətin keçdiyini görürük. Bu nə ilə bağlıdır? Bəlkə meydana arxayın çıxırsınız?
- Bu hər yerdə belədir. Motivasiya məsələsi var. Özündən güclü rəqiblə qarşılaşmaya tam fərqli hazırlaşırsan. Zəif rəqiblə oyuna isə nə qədər ciddi hazırlaşsaq da, istər-istəməz boşlamalar olur. Bu dəfə buna yol verməyəcəyik. Çünki onlar birinci dövrədə bizdən xal alıblar.
- Quzanlıda ardıcıl ikinci oyununuza çıxacaqsınız. Qazonun örtüyü normaldırmı?
- Ot örtüyü yaxşı idi. Sadəcə, yağış yağdıqdan sonra müəyyən qədər çətinlik yaranmışdı. 4-5 gündür orada işlər gedir. Eşitdiyimə görə, qazonun vəziyyəti normal haldadır. Quzanlıda oynamaq doğurdan da şərəfdir.
- “Qarabağ” son 4-5 ildə ilk dəfədir çempionluq uğrunda mübarizə aparacağını açıqlayıb. Buna qədər isə avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq istədiyinizi deyirdiniz və belə də olurdu. Necə düşünürsünüz, hazırkı heyət yeni vəzifənin öhdəsindən gələcək gücdədir?
- Komanda çempionluq üçün tam bişib. Üç ildir bir yerdə oynayırıq. Oyundan oyuna artırırıq. Ona görə, biz də qızıl medal istəyirik.
- Ötən mövsüm üçüncü pilləni tutduğunuza görə, bürünc medallarla təltif edildiniz. Keçən çempionat yaddaşınızda necə qalmışdı?
- Yaxşı oynadıq. İlk “altılıq” çərçivəsində “Neftçi”yə uduzduqdan sonra qızıl medalların əldən getdiyini anladıq. Çünki fərq 6 xala yüksəldi. Gümüş medalı isə son turda AZAL-a yenilməklə əldən verdik. Bu da qismətdir. Əvəzində Avropa Liqasında iki mərhələ keçdik. Bütün əyyarlı medallardan qazanmışam. Çox istədim ki, bu qızıl olsun, ancaq alınmadı. İnşallah, bu ilə bunu reallaşdırarıq. Ən pis halda, ilk “üçlüy”ə düşməliyik ki, avrokuboklardan kənarda qalmayaq.

0
0