Hacıyev – antirekordçu, Rednik – rekordçu!
05.11.2011 - 13:00
Hacıyev – antirekordçu, Rednik – rekordçu!
Premyer Liqanın XII turunun bəzəyi sayılan “Neftçi” – “Xəzər Lənkəran” matçı, həm də 2 iddialı baş məşqçinin dueli olacaq. Apasport.az saytının məlumatına görə, artıq 1 dəfə indiki komandalarının “sükanı arxasında” üz-üzə gələn Böyükağa Hacıyevlə Mirça Rednik “Böyük oyun”lar tarixinə düşmüş mütəxəssislərdəndir.

İndiyədək “Neftçi” 9, “Xəzər Lənkəran” isə 6 baş məşqçinin rəhbərliyi altında prinsipial görüşə çıxıb. Hacıyevlə Rednikin nəticələri isə bu çalışdırıcılar arasında diqqət çəkən göstəricilərdir. Belə ki, “Neftçi”nin baş məşqçisi antirekordçular sırasında durur. Rumıniyalı mütəxəssis isə demək olar ki, bütün rekordların sahibidir.

Ağasəlim Mircavadovun hər 2 komandanı derbiyə çıxardığını nəzərə alsaq, 14 məşqçidən 8-i “Böyük oyun”larda qələbəyə həsrətdir. Onlardan 5-i yalnız məğlubiyyət acısı yaşayıb. Hər 2 antirekordçular qrupunda Hacıyevin də adı var. Xala həsrətlərin hamısı 1 oyun iş başında olsa da, Hacıyevin 2-ci şansda ilk xalı qazanmaq imkanı var. Lakin bu baş verməsə, o, “Böyük oyun”lar tarixidə daha 1 antirekorda şərik olacaq. Belə ki, indiyədək yalnız Rasim Kara və Ağasəlim Mircavadov ardıcıl 2 dəfə məğlub olub.

Hacıyevin antirekordlarından fərqli, Rednikin rekordlarına şərik yoxdur. Rumıniyalının yeganə rəqibi elə özüdür. Yəni o, özünün müəyyənləşdirdiyi rekordları yeniləməyə çalışacaq. Eyni komandanı daha çox – 7 oyuna çıxaran rekordçu, xal sayında da (13) heç 1 mütəxəssisin 1 komandada etmədiyini bacarıb.

Yalnız Rednikin yetirmələri “Böyük oyun”larda eyni rəqibə 9 qol vurub. Düzdür, Mircavadovun 2 komandadakı göstəricilərini cəmləsək, rekordçuya çevriləcək. Lakin 1 komanda ilə yalnız Rednik bunlara imza atıb.

Bundan başqa hər 2 mütəxəssis 1 komandada 3 qələbə qazanmağı bacarıb. Lakin cari mövsümün qarşıdakı 3 duelində Rednik həmyerlimizlə şərikliyə son qoya bilər.

Rumıniyalının daha 1 rekordu isə ardıcıl 7 “Böyük oyun”da uduzmamağıdır. 7 derbinin məğlubedilməzi Mircavadovdan qəbul etdiyi uğurlu seriyanı davam etdirir. 2009-cu il aprelin 12-dəki məğlubiyyətdən sonra 11 matçdır “Neftçi”ni qələbə sevincinə həsrət qoyan “Xəzər Lənkəran” noyabrın 6-dakı matçda məğlubiyyətsizliyin 938-ci gününü qeyd edəcək.

“Neftçi”nin “Böyük oyun”lardakı məşqçiləri

Ağasəlim Mircavadov 53208-511
Qurban Qurbanov21012-23
Vlastimil Petrjela11001-03
Anatoli Demyanenko10010-10
Hans-Yurgen Gede10010-20
Böyükağa Ağayev11002-13
Vaqif Sadıqov20200-02
Arif Əsədov80626-86
Böyükağa Hacıyev10010-10
Cəmi 22 6 10 6 19-20 28


“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı məşqçiləri

Rasim Kara41125-54
Şenol Fidan10010-10
Viktor Pasulko10102-21
Ağasəlim Mircavadov 82423-310
İqor Ponomaryov10011-20
Mirça Rednik73409-613
Cəmi 22 6 10 6 20-19 28