Flavinyo Adamiyanı ən yaxşı sayır
04.11.2011 - 21:00
Flavinyo Adamiyanı ən yaxşı sayır
Ötən mövsümün ən yaxşı yarımmüdafiəçisi və futbolçusu adına sahib çıxan “Neftçi” klubunun futbolçusu Flavinyo öz seçimini açıqlayıb. Braziliyalı yarımmüdafiəçi apasport.az saytına açıqlamasında bildirib ki, 2010/2011 mövsümündə ən yaxşı futbolçu “Qarabağ”ın üzvü, 17 qolla ötən çempionatın bombardiri Georgi Adamiya olmalı imiş: “Mən bu nominasiyada “Qarabağ”ın 77 nömrəli futbolçusunu fərqləndirərdim. O, çox yaxşı oyunçudur, komandasını arxasınca apara bilir”.

Qeyd edək ki, ölkəmizə 2010-cu ilin yayında təşrif buyuran Flavinyo ötən mövsüm sərgilədiyi oyunla yadda qalıb. Düzdür, çempionatın gedişində braziliyalı futbolçunun ayağı sındı. Lakin əməliyyatdan sonra geri dönən “sambaçı” çempionluq yolunda az əmək sərf etməyib. Buna görə də, klub rəhbərliyi yayda futbolçunun komandada qalmasına qərar verib.
0