Qalmaqal iştirakçıları danışdı: O, məndə nöqsan tuta bilməz
05.11.2011 - 00:10
Premyer Liqanın XII turunda “Bakı”ya qarşı keçirilən oyundan öncə “Kəpəz” klubunda insident yaşanıb. Apasport.az saytının məlumatına görə, komandanın vitse-kapitanı Ceyhun Sultanovla məşqçi Vidadi Rzayev arasında mübahisə düşüb.
Hətta hadisədən sonra Ceyhun Sultanov Gəncəni tərk edib, Bakıya qayıtmaq istəyib. Məsələ hətta klub prezidenti Elmir Əliyevə də çatıb. Onun məsələyə münasibəti belə olub: “Heç kim deyə bilməz ki, futbolçu və məşqçilər arasında kiçik mübahisələr olmayıb. Belə halları normal qarşılamaq lazımdır. Hadisə məşq zamanı olub. Ardından onlar öpüşüb görüşüblər”.
Əlbəttə ki, həmin an baş verənləri hadisə iştirakçılarından dolğun heç kim bilməz. Odur ki, məsələyə aydınlıq gətirmək üçün səbəbkarlarla danışdıq. Veteran futbolçu Rzayev hesab edir ki, bu məsələni şişirtmək lazım deyil: “Mən bu gün komandadayam, Ceyhun da “Bakı”ya qarşı görüşdə forma geyinib. Belə hallar məşq prosesində olan şeydir, elə-belə şeydir. Fikrimcə, bunu şişirtməyə də dəyməz. Ceyhun ən nümunəvi futbolçulardan biridir, həmişə tapşırıqları yerinə yetirib”.
Rzayev məsələni futbolla deyil, başqa nüanslarla əlaqələndirib: “Vallah, qəliz məsələdir. Danışmaq istəmirəm. Sultanov bu yaşına gəlib, hələ heç kimlə problemi olmayıb. Bəlkə də olub, amma mən bilmirəm. Ceyhunun qardaşı Renat Sultanov da bu komandanın futbolçusudur. Hər ikisi, tərbiyəli uşaqdır. Biz bir komandada işləyiriksə, arada inciklik olmamalıdır. Ceyhunla yanaşı, Renatın da çox sakitdir. Məşqlərə çıxır, tapşırıqları yerinə yetirir”.
İnsidentin digər iştirakçısı Ceyhun Sultanov isə məsələyə fərqli şəkildə münasibət bildirdi. O, hər şeyin əsəblərin tarıma çəkilməsindən irəli gəldiyini söylədi: “İnsidentdə heç bir qəlizlik yoxdur. Sözsüz ki, hər şey məşq prosesinin daxilində baş verib, kənar amillərin bura heç bir əlaqəsi yoxdur. Məşqdə belə hallar olur. İnsan bəzən əsəbi davranır”.
Sultanov bildirib ki, Rzayev ondan tapşırıqları yerinə yetirilməsi baxımından heç bir narazılıq edə bilməz: “O, məndə nöqsan tuta bilməz. Çünki mən belə hərəkət eləməmişəm. Hər şey oldu, bitdi, getdi. Elmir Əliyevin məsələdən necə xəbər tutduğunu isə bilmirəm”.
32 yaşlı yarımmüdafiəçi hadisədən sonra Rzayevlə aralarındakı münasibətlərdən də danışıb: “Vidadi Rzayevlə aramdakı münasibət normaldır. Hər şey yoluna qoyuldu”.

0
0