Messi İbrahimoviç – Qvardiola qalmaqalına münasibət bildirdi
04.11.2011 - 23:02
“Barselona”nın futbolçusu Lionel Messi “Milan”ın hücumçusu Zlatan İbrahimoviçin tərcümeyi-halından dərc olunan hissələri şərh edib. Lent.az-ın məlumatına görə, argentinalı forvard isveçli həmkarının Kataloniya komandasının baş məşqçisi Xosep Qvardiola ilə münaqişəsi barədə heç nə bilmədiyini açıqlayıb.
İbrahimoviçin qalmaqallı kitabı 2 həftədən sonra İsveç və İtaliyada işıq üzü görəcək. Kitabda futbolçu “Barsa”dakı günləri və Qvardiola ilə konflikti haqqında nəql edir.
Messi isə İbrahimoviçlə heç bir konfliktinin olmadığını söyləyib: “O, “Barselona”da oynadığı dövr ərzində heç bir münaqişəmiz olmayıb. Mənim bütün komanda yoldaşlarımla əla münasibətlərim var. İbrahimoviçin Qvardiola ilə problemlərinin mövcudluğundan heç nə bilmirəm. Yaxşısı budur, onun özündən soruşun”.

- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı
0
0