Ronaldo “Qızıl buts” mükafatını aldı - FOTO
05.11.2011 - 00:11
Ronaldo “Qızıl buts” mükafatını aldı - FOTO
Avropa ölkələrinin çempionatlarının ən məhsuldar hücumçusu üçün nəzərdə tutulan “Qızıl buts” mükafatının təqdimetmə mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, Madriddəki “İntercontinental” otelində təşkil olunan tədbirdə La Liqada vurduğu 40 qolla bombardir adını qazanan Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo mükafata layiq görülüb. Portuqaliyalı hücumçuya “Qızıl topu” dünya futbolunun canlı əfsanəsi, “Real”ın fəxri prezidenti Alfredo di Stefano və Eysebio verib.

Qeyd edək ki, 2010/11 mövsümündə 40 qolla 80 xal toplayan Kriştianu ən yaxın izləyicisi Lionel Messini böyük fərqlə arxada qoymuşdu. 31 qol vuran “Barselona”nın argentinalı ulduzu 62 xal toplamışdı.