Quzanlıda şok, Bakıda darmadağın - YENİLƏNİB
05.11.2011 - 17:53
Quzanlıda şok, Bakıda darmadağın  - YENİLƏNİB
Bu gün Premyer Liqada II dövrənin I turunun daha 2 qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, bu matçlardan biri Ağdamda, digəri Bakıda baş tutub.

Günün ilk görüşündə “Qarabağ” “Sumqayıt Şəhər”i qonaq edib. Quzanlıda ardıcıl 2-ci oyuna çıxan Qurban Qurbanovun yetirmələri debütantdan I dövrədəki nəticənin əvəzini çıxmağa çalışsalar da, bu alınmayıb. Belə ki, Sumqayıtdakı oyunda gözlənilmədən vacib 2 xal itirən “Qarabağ” bu dəfə heç 1 xal da qazana bilməyib.

Debütant ötən həftə ardıcıl 2 qalibiyyətin (ölkə kubokunda və çempionatda) ardından bu dəfə Ağdam təmsilçisini məğlub etməyi bacarıb – 2:1.

Bu qarşılaşma başa çatdıqdan sonra AZAL - “Qəbələ” görüşünə start verilib. Toni Adamsın yetirmələri ötən tur evdə “Simurq”a uduzduqlarından Bakıda bu məğlubiyyəti unutdurmaq arzusunda idilər. Lakin heç də psixoloji durumu yaxşı olmayan AZAL rəqibinin bu istəyini həyata keçirməsinə imkan verməyib. İlk hissədə hesab açılmasa da, fasilədən sonra “təyyarəçilər” qonaqları “top” atəşinə tutublar. Onlar “Qəbələ”nin qapısından 3 cavabsız top keçiriblər və bu qələbə sayəsində turnir cədvəlində 3 pillə irəliləyiblər.

5 noyabr


AZAL - "QƏBƏLƏ" - 3:0
QOLLAR: Tales Şütz, 48,68, Tərlan Xəlilov, 90
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov.
Bakı. "AZAL Arena" stadionu.
Bakıdakı oyunların balansı – 5 oyun: +3=1-1 (8-5).
2006/07 – 3:1, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 – 0:2 (təsnifat), 2010/11 – 2:2. (təsnifat)
I dövrədəki oyun – 1:1.

"QARABAĞ" - "SUMQAYIT ŞƏHƏR" - 1:2
QOLLAR: Leonardo Roşa, 90+1 - Kamil Nurəhmədov, 20, Murad Səttarlı, 71
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Komandalar Ağdamda ilk dəfə görüşəcəklər.
I dövrədəki oyun – 0:0

6 noyabr


14:00. "TURAN" - "İNTER"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski.
Tovuz. Şəhər stadionu.
Tovuzdakı oyunların balansı – 10 oyun: +3=0-7 (7-22).
1999/00 – 2:1, 2000/01 – 3:1, 2003/04 – 0:3 (texniki məğlubiyyət), 2004/05 – 1:0, 2005/06 – 0:1, 2006/07 – 1:7, 2007/08 – 0:4, 2008/09 – 0:1, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 0:3 (təsnifat).
I dövrədəki oyun – 0:1.

14:30. "NEFTÇİ" - "XƏZƏR LƏNKƏRAN"
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Bakıdakı oyunların balansı – 9 oyun: +3=5-1 (8-6).
2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 1:0, 2007/08 – 0:1, 2008/09 – 2:1, 2009/10 – 0:0 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat), 1:1 (“altılıq).
I dövrədəki oyun – 0:1.

4 noyabr


"KƏPƏZ" - "BAKI" - 1:3
QOLLAR: Armand Feutchine, 72 - Uinston Parks, 16, Deividas Çesnauskis, 43, Aleksandar Soliç, 66
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 9 oyun: +3=1-5 (11-15).
1997/98 – 1:1, 1998/99 – 2:0 (təsnifat), 3:1 (“altılıq”), 1999/00 – 2:0, 2000/01 – 1:2, 2003/04 – 1:4, 2004/05 – 0:2, 2005/06 – 0:2, 2010/11 – 1:3 (təsnifat).
I dövrədəki oyun – 3:0.

"RƏVAN" - "SİMURQ" - 1:1
QOLLAR: Samuel Barlay, 15 - Andrey Rubin, 72
Qırmızı vərəqə: Ekrem Hodziç, 56 (2-ci sarı, “Rəvan”), Vasili Yanotovski, 63 (2-ci sarı, “Simurq”)
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev.
Bakı. “Dalğa Arena” stadionu.
Komandalar Bakıda ilk dəfə görüşəcəklər.
I dövrədəki oyun – 1:1

 aKomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1182117-726
2Neftçi1171316-922
3İnter1163210-721
4Qarabağ1262416-1220
5Bakı1254315-1119
6Qəbələ1243512-1615
7Rəvan1235415-1614
8AZAL1234515-1613
9Simurq1233610-1312
10Kəpəz1233616-2012
11Turan113178-1410
12Sumqayıt Şəhər122377-169


Bombardirlər: Sergey Artyux (Turan) - 5, Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi “Kəpəz”), Luiz Hilario ("Qəbələ") – 4.