Aleksandar Şoliç “Bakı”nın tarixinə düşdü
06.11.2011 - 12:00
Aleksandar Şoliç “Bakı”nın tarixinə düşdü
Premyer Liqanın XII turunun “Kəpəz”lə Gəncədəki oyununda vurulan sonuncu qol “Bakı” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Aleksandar Şoliç klubunun milli çempionatlar tarixində 500-cü qolunu vurub.

Belə ki, yubiley qolunun vurulduğu matça kimi bakılılar 497 dəfə rəqib qapılarına yol tapmışdı. Şoliç isə bu rəqəmi 500-ə çatdırıb komandasının 1000-i yarılamasına səbəbkar oldu. “Bakı” digər 4 nəhəng – “Neftçi”, “Kəpəz”, “Turan” və “Qarabağ”dan sonra bu rəqəmi arxada qoyan 5-ci komanda oldu.

Lakin bu yubileylə bağlı 2 zəruri məqam qeyd olunmalıdır. 1-cisi texniki nəticələr üçün verilən qollar hesaba alınmır. Məsələn elə cari mövsüm turnir cədvəlində “Bakı”nın hesabında 15 qol var. Lakin paytaxt təmsilçisi reallıqda 12 dəfə fərqlənib. Bu da “İnter”lə oyundakı 3:0 hesablı texniki qələbə sayəsində belə olub. Həmin vurulmayan, amma turnir cədvəlində hesablanan qolları saymamaqla “Bakı”nın 500-ə çatdığı görünür.

2-ci məqam isə futbolumuzun ən ağrılı problemlərindən biri ilə bağlıdır. Ölkəmizdə bir-birini sıralayan klub dağılmaları, addəyişmələri üzündən komandaların tarixləri ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Elə 2004-cü ildə yaranmış sayılan “Bakı” da belə müəmmalı tarixə malikdir. Rəmzlərində 1997-ci ildə yarandığı görünəm və “Dinamo”nun xələfi sayılan klubun əsasını 1996, 1997, yoxsa 2004-cü ildən götürdüyü həmişə mübahisə və müzakirə mövzusu olub. Lakin 1997-ci ildən yaranan “Dinamo”nun məhz “Polis Akademiyası”nın bazasında formalaşıb onun varisi kimi güclülər dəstəsində oynamasına görə 1996/97 mövsümünü də bakılıların balansına yazmaq lazımdır. Belə yanaşmada isə paytaxt təmsilçisinin güclülər dəstəsində ilk qolu 1996-cı il sentyabrın 18-də vurulub. Həmin gün “Polis Akademiaaysı ilə OİK arasında 1-ci turun matçında Baba Əsgərov klub tarixinin ilk qolunu vurmuşdu. O, 57-ci dəqiqədəki qolla klub tarixinin güclülər dəstəsindəki ilk oyununda ilk qələbəsini ilk qolla qazandırmışdı – 1:0.

MövsümÇıxış etdiyi adVurulan top*Buraxılan top*+:--:+Vurub**Buraxıb**
1996/97Polis Akademiyası (Bakı)2349 2349
1997/98Dinamo (Bakı)48202 4220
1998/99, 1-ci mərhələ Dinamo (Bakı)4519114216
1998/99, 2-ci mərhələ Dinamo (Bakı)614 614
1999/2000Dinamo (Bakı)2117 2117
2000/01Dinamo-Bakılı30292 2429
2001/02, 1-ci mərhələ Dinamo-Bakılı949 1946
2001/02, 2-ci mərhələ Dinamo-Bakılı07 07
2003/04Dinamo (Bakı)45321 4232
2004/05Bakı6014115711
2005/06Bakı4212 4212
2006/07Bakı2510 2510
2007/08Bakı3526 3526
2008/09Bakı5413 5413
2009/10, 1-ci mərhələ Bakı 2217 2217
2009/10, 2-ci mərhələ Bakı116 116
2010/11Bakı3332 3332
2011/12Bakı 15111 1211
52433883500368


* - turnir cədvəlində əks olunub.
** - texniki nəticələrdə hesablanan qollar sayılmadan, reallıqdakı qol sayı.

Vüqar XEYRULLAYEV