Flavinyo AFFA-ya müraciət etdi: Azərbaycan pasportu istəyirəm
05.11.2011 - 15:12
Flavinyo AFFA-ya müraciət etdi: Azərbaycan pasportu istəyirəm
“Neftçi” klubunun yarımmüdafiəçisi, ötən mövsümün ən yaxşı futbolçusu seçilmiş Flavinyo Azərbaycan pasportu almaq istəyir. Apasport.az saytının xəbərinə görə, braziliyalı futbolçu bu barədə AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib.

“Artıq bir-neçə ildir ki, Azərbaycandayam. Bura çox öyrəşmişəm. Azərbaycana gəlməklə futbol karyeramda yeni bir səhifə açıldı. Adət-ənənələrə, Bakıdakı ab-havaya öyrəşmək mənim üçün çətin olmadı. Burada futbola göstərilən diqqət və qayğı da urəyimcə oldu. Burada olduğum müddətdə dini, irqi ayrı-seçkilik görmədim. Bu baxımdan Azərbaycan tolerant bir ölkədir. Bütün bunları nəzərə alaraq, ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində AFFA prezidenti Rövnəq Abdullayevə yaxınlaşaraq, Azərbaycan pasportu almaq niyyətimi ona çatdırdım” – deyə, Flavinyo bildirib.

AFFA prezidenti isə bunu müsbət qarşılayıb: “O, baş katib Elxan Məmmədova bununla bağlı göstərişlərini verdi. Klubumuzda legionerlərə, o cümlədən mənə Azərbaycan haqda kifayət qədər məlumat veriblər. Tezliklə Azərbaycan pasportu daşıyacağıma inanıram”.