Rahid Əmirquliyev: Deyirsiz, dalaşım? - MÜSAHİBƏ
06.11.2011 - 00:01
“Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- Ötən mövsümün qaliblərinin “Böyük oyun” ərəfəsində mükafatlandırılması birmənalı qarşılanmadı. Xüsusən də, “Xəzər Lənkəran” buna mənfi reaksiya göstərdi. Sizcə, bu doğurdan da məqsədli addımdır?
- Biz Bakıya nəzərdə tutulan vaxtdan daha tez gəldik. Bu mənada, hazırlıq planımız pozuldu. İndi deyə bilmərəm ki, bu addım nəyə hesablanıb. Yəqin ki, adi bir gündür. “Neftçi”yə qızıl medalların təqdim olunmasını normal qarşılayıram. Qardaş, onlar zəhmət çəkib, çempion olublar. Başqa komanda da qızıl medal qazansa, onu da mükafatlandıracaqlar. Bundan bizə nə?
- Yəni, bunun heç bir təsiri yoxdur...
- Hamının adından danışa bilmərəm. Mənim üçün heç bir fərqi yoxdur. Əsas məsələ oyuna köklənməkdir. Bilirsiniz necədir, mən indi medalı yox, qarşıdan gələn “Neftçi” ilə oyunu düşünürəm.
- Bu oyun təkcə sizi yox, həm də Azərbaycan futbol ictimaiyyətini düşündürür. İlk dövrədə məğlub etdiyiniz komanda ilə səfər oyunu nə vəd edir?
- Futbolda 3 nəticə ola bilər. Yəqin ki, bu oyunda da həmin nəticələrdən biri qeydə alınacaq. Əlbəttə ki, bu oyuna diqqət çoxdur. Odur ki, hər iki komanda meydançada maksimum nəticə üçün oynayacaq. Ən güclü komanda sonda qələbəni bayram edəcək. Sözsüz ki, biz meydançaya 3 xal qazanmaq məqsədi ilə çıxacağıq. Amma nəticənin necə olacağını heç kim bilməz.
- Necə fikirləşirsiniz, rəqib revanş üçün hər vasitəyə əl atacaqmı?
- Onlar evdə oynayırlar. Fikirləşirəm ki, bu rəqib üçün üstünlük hesab oluna bilər. Amma azarkeşlərimiz həmişə olduğu kimi, yəqin səfərdə də bizi tək buraxmayacaqlar. Həmin futbolçular bizim meydançadakı rəqibimiz, kənarda isə qardaşlarımızdır.
- Komandanızı meydana kapitan kimi çıxaracaqsınız. Yəqin ki, “Böyük oyun”da məsuliyyət ən çox sizin üzərinizdə olacaq...
- Mən özüm-özümü kapitan seçməmişəm. Bu, rəhbərliyin, məşqçilər korpusunun qərarıdır. Əgər layiq görülmüşüksə, bu yükü qaldırmağa çalışacağıq. Artıq uzun müddətdir ki, “Xəzər Lənkəran”da çıxış edirəm. Hər zaman dəstək görmüşəm. Heyətdə yer alan futbolçuların hamısı peşəkardır, onlar öz işlərini yaxşı bilirlər.
- Məlum hadisədən sonra kapitanlıq sarğısı məhz Kamran Ağayevdən alınıb, sizə verilib. Həmin gündən sonra Ağayevlə münasibətiniz dəyişibmi?
- Xeyr. Bu, rəhbərliyin qərarıdır. Kamranla münasibətim necə var idisə, elə də qalıb. Deyərdim ki, Kamran mənə çox kömək edir.
- Demək olarmı ki, rəhbərlik sarğını sizə verməklə, həm də növbəti illərdə komandada qalmağınızı təmin etdi?
- Yox. Burada məqsədli addım yoxdur. Sadəcə, uzun müddətdir oynadığıma və komandanı tanıdığıma görə, sarğı mənə verilib. Əgər sarğı verilməsəydi belə, onsuz da ən pis halda mövsümün sonuna qədər bu komandada qalacaqdım. Çünki cənub təmsilçisi ilə hələ yaya qədər müqaviləm var. Əvvəlcədən danışmağı xoşlamadığımdan, gələcəklə bağlı heç nə demək istəmirəm.
- Artıq uzun müddətdir ki, “Xəzər Lənkəran”da oynayırsınız. Bu müddət ərzində adınız heç vaxt qalmaqallarda hallanmayıb. Belə sakit olmağınıza səbəb nədir?
- Deyirsiz, dalaşım? Futbolçuyam, işim meydançadadır. Komandaların oyununa, futbolçuların bacarığına qiymət verməksə, sizin işinizdir.
- Klubla yanaşı, millidə də karyeranız yüksələn xətt üzrə inkişaf etməkdədir. Artıq sizi milli komandanın əsas futbolçusu saymaq olarmı?
- Demək olmaz ki, əsas heyətin daimi üzvüyəm. Çünki elə hallar olur, ki, kənarda qalırsan. Bura zədə və cəzanı aid etmək olar. Hazırda milli komandada ciddi rəqabət var. Heyətə düşmək uğrunda çalışırıq. Kim güclüdürsə, baş məşqçi də ona şans verir.
- “Böyük oyun”dan sonra diqqətlər yenə milli komandanın çıxışına yönələcək. Qarşıdakı yoxlama oyunlarında nəticə Azərbaycan yığması üçün nə dərəcədə əhəmiyyətlidir?
- Yığma səviyyəsində keçirilən hər bir oyunun əhəmiyyəti böyükdür. Növbəti toplanışda iki yoxlama görüşü keçirəcəyik. Həmin rəqiblərdən birini, Albaniya millisini tanıyırıq. Çünki onlarla milli səviyyəsində oynamışıq. Digər komanda ilə bağlı isə heç bir məlumatım yoxdur. Hər halda, iki komandanı da üstələməyə çalışacağıq.

0
0