Millimiz üçün yeni rəqib
05.11.2011 - 16:30
Millimiz üçün yeni rəqib
Azərbaycan milli komandasının (U-15) yeni rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 4-dən Gürcüstanda təlim-məşq toplanışına start verən Nikolay Adamın yetirmələri yerli U-15 yığması ilə qarşılaşacaq.

Görüş noyabrın 6-da, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, yığmamızın Gürcüstanda hazırlığı noyabrın 10-a kimi davam edəcək.

Mənbə: affa.az